Artıq seksuallıq yox, təbiilik dəbdədir

Artıq seksuallıq yox, təbiilik dəbdədir
Qadın dünyası
10.09.2017 9
Artıq seksuallıq dəbdə deyil, onun yerini rahatlıq və təbiilik tutub.

 seksuallıq
rəmzi sayılan dikdaban ayaqqabılar aktuallığını itirmək təhlükəsi ilə
qarşı-qarşıya qalıb. Əvəzində isə rahat və altı düz ayaqqabılar dəbə
minəcək.

 

Ked, krosovka və konverse dəbi

Son
illərdə idman üslubunun dəbdə təsiri kəskin hiss olunur. Bu mövsüm bir
çox brendlər kolleksiyalarında idman ayaqqabılarına geniş yer verməklə
xanımları dikdabanda gəzmək  kimi böyük əzabdan xilas ediblər. İncə
dikdabanlar şübhəsiz ki, qadının ən gözəl aksessuarıdır. Lakin müasir
qadının həyat tərzi, iş rejimi çox yükləndiyi üçün ayaqlar bütün gün
dikdaban ayaqqabı üstündə dayanmaq gücünə malik deyil. Dizaynerlərin
kolleksiyalarında altı düz ayaqqabılara üstünlük verməsi də bununla izah
olunur. İdman ayaqqabılarına Rihanna, Kara Delevin, Cici Hadid kimi
dəbli dünya ulduzları da pərəstiş edir. Belə ayaqqabılar gündəlik və
ofis stili üçün çox əlverişlidir.

 

Baletkalar

Bu
ayaqqabılar peşəkar balet rəqqasələrinin rəqs ayaqqabıları ilə oxşar
olduğu üçün adını da oradan alıb. Müasir qadınlar baletkalarda özlərini
çox rahat hiss edir və olduqca cəlbedici görünürlər. Axı onlar qadın
yerişinə yüngüllük və sərbəstlik verir. Özü də baletkaları yaşından
asılı olmayaraq, hamı geyinə bilər. Onlar istənilən yaşda ideal görünür.
Bütün bunlarla bərabər baletkalar istənilən üslubla uyğunlaşan
universal geyim olduğundan bu gün öz populyarlığının zirvəsini yaşayır
və kolleksiyaların dəyişməz atributu olaraq qalmaqdadır. Qara və bej
baletkalar  hər rənglə uzlaşır, amma bahar fəsli olduğu üçün yaxşı
olardı ki, rəngli variantlarına müraciət edəsiniz.



Kişisayağı ayaqqabılar

Bu
mövsüm kişi üslubuna aid olan bir çox elementlər qadın qarderobunda
əsas yer tutub. Kişi üslubuna xas olan, rahatlığı ilə seçilən oksford
ayaqqabı modellərini də dizaynerlər kolleksiyalarına daxil etməyə qərar
verib. Belə ayaqqabı modelləri cins şalvarlar, eləcə də sadə donlarla
eyni dərəcədə effektli görünür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!