Stil kodu: Şalvar üstü paltar

Stil kodu: Şalvar üstü paltar
Qadın dünyası
10.09.2017 10
Həm
paltarı sevirsiniz, həm də şalvarı. Bəs niyə bu iki parçanı
birləşdirməyəsəniz? Əslində, bu, yeni bir tərz deyil. Keçən mövsüm  dəb
aləmində sanki bir "partlayış” etdi. Düzdür, belə geyinənlərə bir az
qəribə baxırdılar, bu tərzi qəbul etməkdə çətinlik çəkənlər olurdu.
Amma bütün bunlar qaldı keçən mövsümdə. Bu il şalvar üstü paltar, ətək
kombinlərini daha çox qəbullanmaq zamanıdır. Çünki artıq bütün qınaqlar
"qırılır”. Buna görə də, siz də rahat-rahat şalvarlarınızla
paltarlarınızı, ətəklərinizi dəstləşdirə bilərsiniz. Belə "look”
yaradıb, yeni mövsümün dəbli xanımlarından olmaq istəyirsinizsə sizin
üçün bəzi ipucları veririk.



Paltarların parçalarına diqqət



Bu
trendi tətbiq etmək üçün başlıca qayda bir az uzun boylu və incə
olmaqdır. Şalvarın üzərindən geyinəcəyiniz paltarların parçalarının
materialına fikir verin. Diqqət edin ki, parçalar sizi daha kilolu
göstərməsin. Bunun üçün parçaların materialı ipək, şifon, satən kimi
parçalardan olsa yaxşı olar.



Şalvarların cibləri qalın olmasın



Deyək
ki, paltarı və materialı seçdiniz, qaldı şalvarı seçmək. Geydiyiniz
şalvarın ciblərininin şiş, qalın görünməməsinə diqqət edin. Əgər ciblər
şişkin olsa ombalarınız daha çox diqqət cəlb edəcək və vulqar görüntü
yaradacaq. Çox risk almaq istəmirsinizsə çalışın qısa paltar və
ətəklərə üstünlük verin. Çünki boy ölçüləri qısaldıqca ətək və paltarlar
görüntüyə tunik havası qatır.



Hündürdabanları unutmayın



Əgər
yazın və yayın isti günlərində uçuş-uçuş paltarların altına geyinilən
dar ayaqlı şalvarlar ən gözəl ikilidir desək, yanılmarıq. Və unutmayın
ki, bu "look”la hündürdabanlı ayaqqabı geyinmək lazımdır.



Rənglərlə oynayın



Belə
bir tərzdə geyinmisiniz və görünüşünüzdən əmin deyilsiniz? Bu zaman
rənglərlə oynayın. Əsasən, neytral rənglərə üstünlük verin. Ağ, qara və
"camel” çalarların uyğunluğu belə tərzdə çox sadə görünür. 



Extra ölçüləri sınaqdan keçirməkdən qorxmayın



Teorik
olaraq boyfriend pencəyin altından ipək paltar və enli şalvar düzgün
deyil. Amma lüks bir toxunuş və zərif rəng bu görüntünü gözoxşayan
edəcək. Belə bir "look”un "dost”u isə təbii ki, düz bir sandal ola
bilər. 



Monoxrom parçaları "qovuşdurun”



Bu
il dama-dama geyimlər dəbdə olduğu üçün siz də, monoxrom parçalarınızı
dama-dama geyimlərdən yana seçə bilərsiniz. Dama-dama şalvar və
çiyinləri açıq dama-dama paltar əla görünütü yaradacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!