Aksessuar səhvi və ya aksessuarın olmaması

Aksessuar səhvi və ya aksessuarın olmaması
Qadın dünyası
10.09.2017 13
Bir
çoxlarımız geyinərkən, aksessuar seçərkən çalışırıq ki, fərqli olsun,
diqqət cəlb etsin. Ona görə də bəzən rəngləri qatırıq bir-birinə, bəzən
böyük əşyalardan istifadə edirik. Ki bu da, qarşımızdakının gözlərini
"deşir". Qadınlar.biz bu dəfə stildə yol verdiyimiz səhvlərdən yazır.
Sən də belə səhvlərdən qaçmaq və tərzinlə yaxşı mənada fərlənmək
istəyirsənsə bu yazıya göz ata bilərsən. 

Bu dəfəki stildə yola verdiyimiz səhvləri aksessuarlardan yana seçmişik.

İlk
başlamaq istəyirik baş örtüklərindən. Havalar soyuyur və soyuq havanın
təsiri ilə təbii ki, başımızı da papağın, şlyapanın köməyi ilə örtməyə
çalışırıq. Gəldik çıxdıq əsas yerə. Elə bu zaman səhvlərə yol veririk.
Necə? Çox sadəcə. Ya bilərəkdən ya da bilməyərəkdən. Onsuz da səhv olub
artıq. Gəlin bunu düzəltmək üçün nə edə bilərik, tərzimizi necə düzgün
şəkildə danışdıra bilərik, buna baxaq.



Birinci
növbədə baş örtüyü kimi istifadə etdiyin aksessuarlar geyimə uyğun
olmalıdır. Belə ki, bugün şlyapa qoymaq istəyirsənsə, o zaman gödəkcə
geyinməli deyilsən. Onu ya palto ya da ki, plaşla əvəz et. Əgər daha
sport bir üst geyimi geyinəcəksənsə, məsələn, balon gödəkcə kimi, onunla
ən yaxşı halda rəngə və sənə yaraşmasını nəzərə alıb yun bir papaq
qoyaraq tərzini vurğulaya bilərsən.



İkinc növbədə
isə bəzək aksessuarlarına toxunmaq istəyirik. Düşünürük ki,
qadınların çoxunun yaralı yeri məhz geyimlə istifadə edəcəyi düzgün
bəzək aksessuarı seçimidir. Bəli, aksessuar seçmək istedaddırsa, ondan
istifadə etmək də incəsənətdir. Sənə verdiyimiz bu ipucları ilə əsl
istedadını "incəsənət"də göstərə bilərsən. İndi daha çox minimalizm
dövrüdür. Kiçik bəzək əşyaları ilə belə daha eleqant, sadəcə və eyni
zamanda tərz görünə bilərsən. Misal üçün, qısa qara paltarla incə bir
mirvari boyunbağı, sırqa ənənəvi tərz olsa da, çox zərif və gözəl
görünür. Əgər sən mirvarı sevən deyilsənsə, o zaman qısa qara paltarınla
iri qırmızı kulonlu boyunbağı istifadə edə bilərsən. Belə etdikdə sən
avanqard tərz sahibi olmaqla yanaşı, həm də, diqqətlərdə olacaqsan.
Bəzək aksessuarları, adətən, qadının tərzindən xəbər verir. Eyni zamanda
da əhvalına təsir göstərir. Bu tip aksessuarlardan imtina etmək isə
yolverilməz səhvdir. Ən azı bir qadın kiçik bir üzük və ya kiçik sırqa,
ya da ki, ən çox istifadə edilən aksessuar olan saatdan istifadə etməklə
tərzinə, geyiminə rəng qata bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!