Siqarət çəkən və çəkməyən Qadının fərqi...

Siqarət çəkən və çəkməyən Qadının fərqi...
Qadın dünyası
10.09.2017 14
 
 
Siqaret çəkənlər çəkməyənlərə nisbətən bakterial infeksiyalarla və iltihabi xəstəliklərlə daha çox xəstələnirlər. Bu, tütünün tərkibinə daxil olan yüzlərlə toksiki birləşmələrin orqanizmə daxil olması ilə əlaqədardır. Lakin onların  necə təsir etdiyini son zamanlar aparılan tədqiqatlar göstərmişdir.

Məlumdur ki, nikotin immun sistemin hüceyrələrinin müdafiə qabiliyyətini – daha dəqiq isə, bakteriaları tapmaq və məhv etmək qabiliyyətini  zəiflədir. Məsələ burasındadır ki, neytrofillər sümük iliyində formalaşır,  differensasiya olunur. Nikotinin neytrofillərə qarşı təsiri əvvəllər də güman olunurdu. Lakin hələ ki, bunun təsir mexanizmi məlum deyildi. 

Devid Skottun rəhbərliyi altında işləyən alimlər promielositlərdən neytrofillərin differensasiya prosesinin modelini yaratmışlar-  nikotinli və nikotinsiz neytrofillərin. Aydın olmuşdur ki, nikotinli mühitdə formalaşan hüceyrələrdə bakteriyaları məhv etmək üçün lazım olan çoxlu miqdarda sərbəst radikalların əmələ gəlməsi prosesi zəifləyir.

 


Alimlər hesab edirlər ki, onların müşahidələri siqaret çəkənlərin bakterial infeksiyalara və iltihabi xəstəliklərə qarşı həssas olduğunu təsdiq edir.


 


Siqaret çəkmək süd vəzisinin xərçənginə birbaşa yoldur.



ABŞ Kaliforniyanın Mayo klinikasının alimləri  süd vəzilərində xərçəngi olan  1 225 qadını  və 6 872 sağlam müayinə etmişlər. Nəticələr göstərmişdir ki, onların 10%-i eksperiment anında siqaret çəkmiş, 9%-i siqaretdən yenicə imtina etmiş, 81%-i isə heç çəkməmişlər. Beləliklə, siqaret çəkən qadınlarda xəstələnmə riski daha  yüksəkdir. Siqaretdən imtina edərkən isə dərhal risk aşağı enir. Həmçinin aydın olmuşdur ki, 11 il oral kontraseptiv preparatlar qəbul edən qadınlarda 200% süd vəzilərinin xərçəngi baş verir. Mütəxəssislərin hesablamalarına görə bu xəstəliyin artım  sürəti hər il 2% artır.

Mütəxəssislər siqaretin menopauzadan əvvəl və yaxud sonrakı dövrdə də fərqli təsir etdiyini öyrənməyə çalışırlar.

Siqaretdən imtina tez bir vaxtda ürək xəstəliklərinin əmələ gəlmə riskini azaldır. Belə insanlarda adətən bir neçə həftə sonra onlarda C reaktiv zülalı, interleykin–6 maddəsi azalmış olur (iltihab əlamətlərini təsdiq edən göstəricilərdir, iltihabi proseslərdə immun sistemin cavab reaksiyasını bildirirlər). 




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!