Azərbaycanda qadın batalyonu yaradılsınmı?

Azərbaycanda qadın batalyonu yaradılsınmı?
Qadın dünyası
10.09.2017 15
Azərbaycanda
qadın batalyonunun yaradılması ilə bağlı məsələ gündəmə gəlib. Bəzi
ekspertlər qadınlardan ibarət batalyon, rota, diviziya yaradılmasının
mümkünlüyünü bildirirlər. 

Bəziləri
isə hazırki gərginlikdə bu ideyanın həyata keçirilməsinə lüzum
olmadığını güman edirlər. Onların fikrincə, informasiya müharibəsi
dönəmində Azərbaycanda qadın batalyonunun yaradılması məsələsinin
gündəmə gətirilməsi düşmən tərəfindən yalnış anlaşılar və dünyaya da
başqa formada təqdim edir. 



Məsələ ilə bağlı hərbi ekspert Mehdi Mehdiyev Cebhe.info-ya açıqlamasında deyib ki ordumuz tam komplektləşdirilib: 



"Xeyli
təşkilat rəhbərləri prezidentə müraciət ünvanlayıb ki, səfərbərliyə
hazırıq. Düzdür, ana-bacılarımız da vətənpərvərdirlər və onlarda
döyüşmək istəyirlər. Amma bu gün ona ehtiyac yoxdur. Onların oğullarını
vətənpərvərlik ruhda böyütməkləri özü çox vacib və əhəmiyyətlidir. Əsas
odur ki, qadınlarımız ərlərini və oğullarını orduya ürək-dirək verib
yola salsınlar, göz yaşları ilə uğurlamasınlar. Bu bizim üçün çox
vacibdir, nəinki qadın batalyonu yaradıb düşmənin üzərinə göndərmək...
Hələki kişilərimiz bu vəzifəni yerinə yetirməyə qadirdirlər”. 



Ekspert qeyd edib ki, qadınların hərbi hissələrdəki müəyyən sahələrdə olması vacibdir: 



"Qadınların
tibb məntəqələrində yaralılara tibbi yardım göstərmələri vacibdir.
Müəyyən sahələrdə, yəni arxa cəbhədə əsgərlərimizi əvəz etmək üçün
qadınların rolu vacibdir. Amma ön xətdə, düşmənlə təmasda kişilərimiz
cəngavər kimi hazırdırlar. Hətta bu gün sevindirici haldır ki, orta
məktəbi bitirməyən oğlanlarımız artıq səfərbərlik xidmətlərinə, hərbi
xidmətlərə müraciət edirlər. Onlar vaxtından tez orduya çağırılmaq
istəyirlər”. 



"Təmiz
Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
açıqlamasında qadın batalyonunun yaradılmasının hələ 1992-ci ildə
gündəmdə olmasını xatırladıb: 



"O
vaxt bu məsələ çox aktual idi. Hətta orduya könüllü olaraq qadınlar
yazıldı. Həmin vaxt ordu da çox zəif idi, formalaşmamışdı. Orduda qadın
olması təbii ki, yaxşıdır. Əslində bu, bir az da ruhlandırıcı xarakter
daşıyır. Dünya miqyasında qadın snayperlər var ki, heç də geri
qalmırlar. Amma ayrıca batalyonun yaradılması və könüllü kimi cəlb
edilməsi elə də vacib olan məsələ deyil. Əslində bu ruhlandırıcı və
ideoloji xarakter daşıyır, amma indiki vəziyyətdə bu o qədər də önəmli
deyil. Bu, həm də siyasi məsələdir. Qadınlar o vaxt müharibəyə gedir ki,
artıq müharibədə ağır itkilər var və döyüş üçün adam tapmırlar, çox
çətindir. Şükür ki, Azərbaycada bu problem yoxdur”. 



Mehriban
Zeynalovanın sözlərinə görə, orduda qadınların xidməti qanunvericilikdə
də yer alıb. Yəni bu məsələdə ayrı-seçkilik yoxdur: 



"Əvvəl
orduya kifayət qədər qadın gedirdi və müəyyən sahələrdə onlar iştirak
edirdilər. Amma xüsusi qadın batalyonunun hazırki situasiyada
yaradılması siyasi baxımdan da yalnış addım olar və bu, düşmən
tərəfindən birmənalı qarşılanmaz. İnformasiya müharibəsində bu məsələ
bizim əleyhimizə işləyə bilər. Qadın istəyirsə getsin, amma xüsusi
batalyon kimi 





bunu irəli atmaq qarşı tərəfdən başqa rəy formalaşdıracaq”. 



Millət
vəkili Aydın Mirzəzadə qadınların belə bir təşəbbüslə çıxış etmələrini
qürurla qarşıladığını deyib. Bildirib ki, bu təşəbbüsün özü belə
qadınlarla fəxr etməyə səbəb olur: 



"Amma
qadın batalyonuna ehtiyac yoxdur. Bu gün Azərbaycanda kifayət qədər
əsgərimiz, vətəndaşlıq borcunu yerinə yetirmək istəyən gənclərimiz var.
Qadınların ruhən bizimlə olması və bizi dəstəkləməsi yetər ki, qələbəni
daha tez əldə edək. Onların mövcudluğu və dəstəyi bizlər üçün qələbə
deməkdir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!