30 yaşındasınızsa...

30 yaşındasınızsa...
Qadın dünyası
10.09.2017 1
Bir
gün 30 yaşında olacaqsınız. Və ya çoxdan 30 yaş oldunuz. Xatırladaq və
xəbərdarlıq edək;  30 yaşlı xanımlar 20 yaşlı xanımlar kimi olmur. Təbii
ki özümüzə vaxt ayırırıq. Ancaq yenə də 20 yaşında olduğumuz kimi
diqqət mərkəzində olmuruq. Bu azmış kimi ətrafdakılar da bizə qarşı
qəddar olmağa başlayırlar. Onlara görə bütün mövzularda bilgili
olmalısınız, yaşınıza uyğun geyinməlisiniz və təbii ki çoxdan evlənib
uşaq dünyaya gətirməlisiniz. 

Bəs belə həssas ortamlarda nələrə diqqət etmək lazımdır? 



35-dən qabaq uşağa sahib olmalısan

Elm
bizə bu yaşdan sonra uşaq sahib olmaqda çətinlik çəkəcəyimizi söyləsə
də, qadınlar 35 yaşdan sonra uşaq dünyaya gətirə bilməzlər deyə bir
qayda da yoxdur. Ətrafınızdakı məşhur xanımlara baxın: Nicole Kidman,
Julianne Moore, Zoe Saldana və Jennifer Lopez. Hətta Lopez bu məsələyə
münasibət də bildirib. "Bu yaşda uşaq dünyaya gətirdim, çox da yaxşı
oldu." 



Artıq bunu geyinə bilməzsən

30
yaşına girdiyin andan etibarən qarderobunuzun dəyişdirilməsi kimi
gözlənti yaranır. Bəziləri gödək ətək geyinməyin artıq gec olduğunu
düşünürlər. Ancaq 30 yaşından da xanımlar özlərinə güvənirlərsə niyə də
içində özlərini xoşbəxt hiss etdikləri geyimləri geyinməsinlər ki?



Çox seçicisən

20
yaşlarında olduğun zaman bu cümləni eşitdiyimizdə gülüb keçərdik. Bizə
gülünc gəlirdi. Ancaq 30 yaşlarında belə bir cümlə eşitdiyimiz zaman
gözləntilərimi aşağı etsəm deyə düşünürük. Yenə də kaş ki sevgilisi
olanlar, evlilər subayları başa düşsünlər deyirik. Empati sözünün önəmi
burada ortaya çıxır. 



Sən başa düşməzsən, çünki ana deyilsən 

30
yaşlarında ana olan rəfiqələrimiz var . Onlar üçün bəzən nə qədər çətin
olduğunu və üsyan etdiklərinin də şahidi oluruq. Ancaq onların nə
yaşadıqlarını, nə hiss etdiklərini anlaya bilməyəcəyimizi
düşündüklərində bu sualı vermək lazımdır: "Empati edə biləcəyimi niyə
inanmaq istəmirsən? Ya da sizi dinləyə biləcəyimiz qulağımız olduğunu?"



Həyatının kişisi ilə barda tanış olmayacaqsan 

Həyatınızın
kişisi ilə marketdə, kitabxanada, gecə klubunda və ya küçədə tanış
olmağınız normaldır. İnsanlar gecə klublarına sadəcə sərxoş olmaq üçün
getmirlər. 



Artıq doğum gününü qeyd eləmək çox mənasızdır. 

Niyə
sadəcə 20 yaşlarında doğum günümüzü qeyd etməliyiki? Doğum günləri
sevdiklərimizlə bir araya gəlmək üçün çox yaxşı fürsətdir əslində. 30
yaşımızda kim olduğumuzu başa düşə bilirik. 

Biz belə düşünürük ki, həyatınızın ən gözəl çağındasınız; dadını çıxarın. скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!