Xarakterinizin gizli tərəflərini bilirsinizmi? - TEST

Xarakterinizin gizli tərəflərini bilirsinizmi? - TEST
Qadın dünyası
10.09.2017 4
Gələcəkdə sizi nələr gözləyir, xarakterinizin güclü tərəfləri nələrdir,
nələrə diqqət etməlisiniz? Bu suallarınıza cavab tapmaq üçün
numerologiyadan istifadə edə bilərsiniz. Sadə bir üsulla qədər-qismət
rəqəminizi və xaraterinizin gizli tərəflərini öyrənə bilərsiniz.
Qədər-qismət rəqəminizi hesaplamaq üçün doğulduğunuz ayı, günü və ilinizi alt-alta aşağıdakı üsulla toplamalısınız.



· Yanvar - 1

· Fevral - 2

· Mart - 3

· Aprel - 4

· May - 5

· İyun - 6

· İyul - 7

· Avqust - 8

· Sentyabr - 9

· Oktyabr - 1

· Noyabr - 2

· Dekabr - 3



Misal: 3 Aprel 1964-cü ildə doğulmusunuzsa, 3+4+1964=1971

1+9+7+1=18; 1+8=9



Qədər-qismət rəqəminiz 9-dur.



Qeyd: Əgər qədər rəqəminiz iki rəqəmli alınsa, onları da öz aralarında toplamalısınız. Yəni qədər sayı ədəd ola bilməz.



Qədər-qismət rəqəmi - 1 "Qabaqcıl”

Qabaqcıl, lider və yol göstərənsiniz. Bütün işlərinizi
planlı şəkildə həll edirsiniz. Həqiqətən çox güclü xarakteriniz var.
Başqalarının qabağında əyilmək sizlik deyil. Bacarıqlı olmağınız və
yaradıcılıq qabiliyyətiniz hər halınızdan hiss olunur. Arzularınızı və
xəyallarınızı tez bir zamanda həyata keçirmək istəyirsiniz. Yüksəlmə
əzmi sizi ayaqda saxlayan əsas amillərdən biridir. İstədiyiniz uğura
çatmaq üçün var gücünüzlə çalışırsınız. İdarəçilik qabiliyyətiniz çox
yüksəkdir və baş verən hadisələrə tez bir zamanda hakim ola bilirsiniz.
Qərarlılıq, güc və iradə əzmkarlığınızdan irəli gəlir. Bəzən bunları
düzgün anda və düzgün yerdə istifadə edir, bəzən isə lazımsız anda
büruzə verirsiniz. Əslində yumşaq qəlblisiniz və ümumilikdə qəlbinizin
səsinə əhəmiyyət verirsiniz.



Qədər-qismət rəqəmi - 2 "Köməksevər”

Sizi başqalarından fərqləndirən iki tərəfiniz var.
İnsanlarla münasibətinizdə göstərdiyiniz ustalıq və bacarıq ilə
öhdəsindən gələ bilməyəcəyiniz heçn nə yoxdur. Həyatınızdaki açar söz
isə əməkdaşlıqdır. Uyğunsuzluqlar və münaqişələr sizə mənfi təsir
göstərir. Buna görə də belə hadisələrlə qarşılaşdığınızda vəziyyəti
düzəltmək üçün bütün gücünüzü ortaya qoyursunuz. Zərif qəlbli
insansınız, başqalarını incitmək istəmirsiniz. Buna görə də ətrafınızdan
dostlar və tanışlar əksik olmur. Digər qədər-qismət rəqəmlərinə
nisbətən siz mübarizə aparmağı daha yaxşı bacarırsınız. İki rəqəminin
mənası özünə hakim olmaqdır. Sizin xoşbəxtliyinizin əsas səbəbi
qarşınızdakı insana qısa zamanda uyğunlaşmağınızdır. Əlləriniz elə bil
sehrli qüvvəyə malikdir, toxunduğunuz hər şeyi gözəlləşdirirsiniz.
Köməyə ehtiyacı olan hər kəsin yanında olub, onlara dəstək olursunuz.
Ancaq köməyə ehtiyacınız olduqda hər işinizi özünüz həll edirsiniz.



Qədər-qismət rəqəmi - 3 "Seçici”

Təşkilatçılıq və idarəçilik qabiliyətiniz ilə hər kəsi
özünüzə heyran qoyursunuz. Bacarıqlısınız və bu bacarıqlarınıza görə
nailiyyət, xoşbəxt həyat sizi gözləyir. İnsanların təbiətini və zəif
nöqtələrini yaxşı bildiyiniz üçün onları idarə edəcəyiniz peşələr
seçirsiniz. Nüfuzunuz sizin ən vacib silahınızdır. İdarəçilik etdiyiniz
bütün sahələrdə bu silahınızdan istifadə edirsiniz. Nə qədər böyük bir
kütlə ilə işləsəniz, qazancınız və nailiyyətləriniz bir o qədər çox
olacaq. Sənaye, şirkət və təşkilatların idarəçiliyində daha çox
nailiyyətlər əldə edə bilərsiniz. Çox cəsur insansınız və nə etməli
olduğunuzu çox yaxşı bilirsiniz. Məqsədiniz hər kəsin öz azadlıqlarını
bilməsidir, ancaq bu, sizin üçün çərçivə daxilində olmalıdır. Öz
azadlığınız üçün başqalarını incitməkdən zövq alırsınız. Təbii ki,
başqalarının da sizə qarşı bu hərəkəti etməsindən heç xoşunuz gəlmir.



Qədər-qismət rəqəmi - 4 "Divar ustası”

Sizin qədər-qismət çarxınız kvadrat işarəsidir. Bu ədalət
və barabərlik deməkdir. Siz bu kvadratın düz ortasındasınız və dörd
tərəfiniz divar ilə örtülü olduğu üçün heç bir tərəfə tərpənə
bilmirsiniz. Həyatınıza biraz hərəkət və rəng qatmalısınız. Siz sadəcə
yuxarıya tərəf hərəkət edə bilərsiniz. Kvadrat, həyatın bütün praktik
tərəflərini təmsil edir. Səbrli və təmkinli insansınız. İşdən
qaçmırsınız əksinə hər zaman hazırsınız. Divar ustası kimi yollarınız
hər zaman məntiqli və idarəlidir. Sizin üçün müəyyən çərçivələr var və
onların xaricinə çıxmırsınız. Detallara çox fikir verirsiniz və bəzən də
bu səyləriniz nəticə vermir. Öz fikirlərinizi başqalarına qəbul
etdirmək fikrindən daşınsanız, həyat sizin üçün daha asan olacaq. Heç
kəs sizə "vəzifələrindən boyun qaçırır” deyə bilməz. Çünki harada inama
və düzgünlüyə ehtiyac varsa, orda siz varsınız.



Qədər-qismət rəqəmi - 5 "Yazıçı”

Enerjili və canlısınız. Həm ağıllı, həm də çox yumşaq qəlbə
sahib birisiniz. Həyat sizin üçün cəsarət tələb edən macəradır.
Əylənməyi və gözəl yaşamağı çox yaxşı bilirsiniz. Dünayanın mərkəzi
olmaq istəyirsiniz. Sərbəst olmaq, sərbəst yaşamaq istəyirsiniz.
Natiqlik bacarığınız çox yüksəkdir və bu istiqamətdə hər hansı bir
peşəyə sahib olsanız, daha çox uğurlar qazana bilərsiniz. Ancaq bu
istedadınız bəzən sizin üçün problemlər yarada bilər. Dəyişkən xarakterə
maliksiniz. Sizin üçün ağıllı insan zəmanəyə uyğunlaşmaq
məcburiyyətindədir.



Qədər-qismət rəqəmi - 6 "Müəllim”

Sizin dünyanızın idarəedicisi məhəbbətdir. Əslində kimə
aşiq olmağınızın bir o qədər də fərqi yoxdur və kainatdakı vəzifəniz bu
fəlsəfəni öyrənməkdir. Məqsədiniz isə başqalarına kömək etməkdir.
Sevgiyə və diqqətə olan düşkünlüyünüz özünüzə qarşı inanmsızlığınızdan
irəli gəlir. Kobudluqdan və bayağılıqdan heç xoşunuz gəlmir. Özünüzdən
çox başqalarını fikirləşməyiniz sizi cavanların məsləhətçisi, yaşlıların
sirdaşı və dünyanın müəllimi edir. Çox nadir hallarda nəyisə mühakimə
edirsiniz. Əslində sizi narahat edən çox az şey var. Yanınızda
sevgiliniz olduqda sizin üçün hər şey gözəldir.



Qədər-qismət rəqəmi - 7 "Mistik”

Müşahidəçi bir xarakterə sahibsiniz. Hər şeyin arxasındakı
şeyi axtarmaq ən əsas xüsusiyyətinizdir. Səthi heç bir şey sizi qane
etmir. Əksinə marağınızı daha da qıcıqlandırır. Mistik mövzular, yeni və
köhnə elmi sahələr sizin marağınızı daha çox cəzb edir. Həkim
kimisiniz. Problemli insanlar axtardıqları rahatlığı sizdə tapılar.
Məsafəli hərəkətləriniz sizi başqalarından ayırır. Ancaq həyatın
dərinliklərini bilənlər sizi başa düşür. Hər zaman ədalətli olmağa
çalışırsınız və daima qayğı görmək istəyirsiniz. Fəlsəfə və mədəniyyət
mövzularına marağınız çox böyükdür. Amma tam dəqiqliyi ilə bu mövzuları
başa düşməmisiniz. Bəzən sizin üçün həyat çox asan gəlir, ancaq hələ
həyatdan öyrənəcəyiniz çox şey var. Ümumilikdə sakit və pessimist
xarakterə sahibsiniz.



Qədər-qismət rəqəmi - 8 "Sənətçi”

Hər şeyi tam dəqiqliyi ilə ifadə etmə və hiss etmə
bacarığınız olmasa da, ağıllı insansınız. Müxtəlif mövzular ilə
maraqlanmaqdan zövq alırsınız. Vaxtınızın böyük bir qismini xəyal
qurmağa ayırırsınız. Həyatın ancaq əyləncə üstündə qurulmadığının
fərqindəsiniz. İnsanlar haqqında hər zaman yaxşı düşüncələrdəsiniz və
hamıya inanırsınız. Buna görə də tez-tez məyus olursunuz. İstənilən
məlumatı qısa zamanda əldə etməyin yollarını çox yaxşı bilirsiniz.
Söhbətcil və əyləncəlisiniz. Bu xüsusiyyətinizə görə insanlarla tez
dostlaşırsınız. Ətrafınızdakı dostlarınızın çoxu sizi istəyir, ancaq çox
az qismi sizi başa düşür.



Qədər-qismət rəqəmi - 9 "Metafizikaçı”

Həyatınız pərdənin arxasındakı sirri, ruhun və gizli elmin
arxasındakı mənanı başa düşməklə keçir. Həyatınızın əsas məqsədi sırf
həqiqəti öyrənməkdir. Bu məsələdə həddən artıq müvəffəqiyyətlisiniz.
İnsanları tanımaq üçün 5 dəqiqə qarşınızdakı şəxs ilə söhbət etməyiniz
kifayətdir. Həyatı çox sevirsiz və ətrafınızdakı insanlardan çox az
qismi sizin üçün dəyərlidir. Həyatın hər sahəsində səxavətli və qüsursuz
olmaq üçün əlinizdən gələni edirsiz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!