Hər doğulan qız uşağının şərəfinə 111 ağac əkilən kənd

Hər doğulan qız uşağının şərəfinə 111 ağac əkilən kənd
Qadın dünyası
10.09.2017 21
Bir
çox inkişaf etməmiş cəmiyyətlərdə qız uşağının doğulmasına münasibət
birmənalı deyil. 21-ci əsrin əvvəllərində olsaq da, bu kədərli həqiqətlə
hələ də üz-üzəyik. Hindistan da bu cür reallığı olan ölkələrdən
biridir. Bu ölkədə də qadınların böyük hissəsi zorakılığa məruz qalır.
Bu kimi ölkələrdə qadınların haqlarıyla bağlı məsələlərə daha çox
diqqətin çəkilməsinə ehtiyac var.



Bu
mövzuda maraqlı addımı Hindistanın Rajasthan əyalətinin Piplantri
kəndində atıblar. Eko-feminizmin həyata keçirdiyi bu çox maraqlı
fəaliyyət çərçivəsində, kənddə doğulan hər qız uşağı üçün 111 ağac
əkilir. Eyni zamanda da  vəfat edən qız uşaqlarının xatirəsinə də 11
ağac əkilir. Bu addım həm doğulan uşaqların hüquqlarına, həm də ətraf
mühitə böyük xeyir verir. Belə ki, Piplantri kəndində yaşayan qadınlara
göstərilən münasibətdə də böyük müsbət dəyişikliklər müşahidə
edilməkdədir.

Gehri Lal Balai adlı 28 yaşlı bir ata deyir ki, "Əkdiyim
ağaclara qulluq edərkən  hiss etdiklərim qızımı yatırtmağa çalışdığım
zaman hiss etdiyim sakitlik qədər xoşbəxt edən bir hissdir.”



Uzun
illərdir ki, Hindistanın bir çox kəndində qız uşağının dünyaya gəlməsi
ailə üçün çox böyük yük hesab edilir. Qızlara cehiziylə bağlı maddi
çətinliklər çəkən ailələr problem yaşayırdılar. Buna görə də, qızların
oğlanlarla müqayisədə daha az istənilməsi, təhsildən uzaq tutulması və
18 yaşdan əvvəl ailə qurmağa məcbur edilməsi məqbul hesab edilirdi.

Bu
addımların atılmasından sonra qadına qarşı zorakılıq məsələləri
Hindistanda ön plana çıxarılmış mövzu olaraq qalır. Piplantri kəndi bu
məsələlərdən yavaş-yavaş uzaqlaşmağa başlayır. Kəndin keçmiş
rəhbəri Shyam Sundar Palival bu ağacların əkilməsinə uşaq ikən ölən qızı
Kiranın şərəfinə başladığını qeyd edir.

İndi
bu kənddə yaşayan valideynlər qızlarını 18 yaşından əvvəl
evləndirməyəcəklərini rəsmiləşdirlən sənədlərə də imza atırlar.
Uşaqların təhsil almasının əhəmiyyətini də anlamağa başlayan
valideynlər, qızlarını təhsil almağa göndərirlər. Bu sənədlə onlar həm
də ağaclara qulluq edəcəklərini də rəsmi olaraq təsdiqləmiş olurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!