Baş formamız və xarakterimiz

Baş formamız və xarakterimiz
Qadın dünyası
10.09.2017 11
Uzun kəllə sümüyü:

Qaşlardan kəllənin arxasına doğru, yəni profildən uzun, alnı yüksək
olan başlar əksəri qadın başlarıdır. Bu kimi insanlar dost təbiətli,
ictimai xaricə dönük insanlardır. Bir parça nəfsinə düşkün olurlar.
Gördükləri işin bəyənilməsini mütləq istəyirlər, amma kompliment axmağı
deyildirlər. Saxta komplimentlə səmimi heyranlığı ayırd edə bilirlər.
Gələcək haqqında planlar qururlar. Hər işi əvvəldən düşünər,
planlaşdırırlar. Sevdiklərini müdafiə etmək lazım gələndə aslan
kəsilirlər və öz haqlarını da başqalarına yedirməyi əsla istəməzlər.

 

Qısa kəllə sümüyü:

Qaşlardan kəllənin arxasına doğru qısa olan başlara ümumiyyətlə
qadınlarda çox rast gəlinmir. Bu növ başa sahib olanlar səyahət edib
yeni dostlar qazanmağı hədsiz sevən və bu günü ancaq bu gün üçün yaşayan
insanlardır. Zəkaları olduqca kəskindir və ən yaxın dostlarını belə
daim heyrətə salan düşünmə qabiliyyətləri vardır. Qarşısındakının
içindən keçənləri anlamaq sənətində bir usta olduqları üçün çox tez dost
əldə edirlər. Amma qazandıqları dostları eyni asanlıqla da itirirlər.

 

Dörd künclü Kəllə Sümüyü:

Önü və arxası yastı bir başa sahib olan şəxs tədbirli bir adamdır.
Batil inanclara sahib olması da çox mümkündür. Bir insan alışılmış,
hazır yollardan getməyi üstün tutur. Öz özünə yeni bir yol açmaqdan
çəkinir. Alışdığı şeyləri, daha yaxşıları üçün belə olsa tərk etmək onu
məyus edər. Orijinal fikirlərdən və qoçaqlıqdan məhrumdur. Az danışır və
özündən çox bəhs edilməsini sevməz.

 

Girdə Kəllə Sümüyü:

Öndən, arxadan və yandan baxanda sanki yumru bir mənzərə kəsb edən
başa malik olanlar özlərinə çox güvənirlər. Özlərinə bağlıdırlar.
Narahat olurlar. Yeni yeni macəralara atılmaq üçün sonsuz bir istək
eşitdikləri üçün hər hansı bir işə uzun müddət bağlı qala bilmirlər və
təbii ki meymun iştahalıdırlar. Yaradılışdan qumarbaz olarlar və hər
hansı bir şeydə işi şansa buraxmaqdan əsla çəkinmirlər.

 

Uzun baş:

Tam yekun başı uzun olan insan yaxşı və xeyirli işlər görməkdən
xoşlanır. İnsaniyyəti bir bütün olaraq sevir və insanlığı məsud etmək
üçün özünü fədaya hazırdır. Dindardır, ağır başlı və məğrurdur.
Vəzifəsini ciddiyə alır və hər şeydən üstün tutur. Vicdanən vasvasıdır
və iş həyatında da, ev həyatında da vəzifəsini haqqıyla bacarmaq ən
böyük əməlidir.

 

Uzun dar baş:

Uzun və dar başlılar əzimkar, inadlı və hətta inadcıl olurlar.
Sahibkar deyillər. Yoxlanmamış, yeni bir sahəyə atılmaq bunlar üçün
görünməmiş bir şeydir. Əvvəlcədən sınanmış və isbat edilmiş şeylər
üzərində işləməyi üstün tuturlar.

 

Uzun geniş baş:

Həm boyu uzun, həm də eni geniş olan bir baş inkişaflı təbiətin
işarəsidir. Lakin davakar deyil. Belə bir şüura sahib olan insan zərurət
edincə toqquşur, amma təcavüzkar deyil. Ona sirrinizi heç çəkinmədən
deyə bilərsiniz. Bu adam hər hansı bir mövzu üzərində tərəddüd edərək
dolanbac yollara düşməkdən xoşlanmaz. İnsanların yaxşı və həyatın gözəl
olduğuna inanır.

 

Qısa geniş baş:

Başı geniş ancaq qısa olanlar maddi və praktik təbiətlidir. Belə bir
insan ən çox beş hissi idarə edir. Bu tip hər hansı bir şey haqqında o
şeyin görünüşünə, qoxusuna, rənginə və s. əsasən hökm verir. Bir az
utancaq olmaqla bərabər ətrafındakılarla asanlıqla geçinir. İstədiyi
zaman çox şirin olmasını bilir. Bədəni fəaliyyət istəyən işlər və
beyinlə əlaqədar olmayan, basma qəlib məmurluqlar üçün biçilmiş dondur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!