Dünyanı idarə edən qadın

Dünyanı idarə edən qadın
Qadın dünyası
10.09.2017 7
Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005). O, hər iki vəzifəni tutan ilk qadındır[1].
Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının
başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə Alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994-1998-ci
illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi
məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) - ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ
maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.

2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və SDP partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.

 

Uşaq vaxtı alma şirəsi və kotleti çox sevən Angela, böyüyəndə
müəllimə olmağı arzu edib. Orta məktəbdə oxuduğu vaxt gələcək kanslerin
ən çox sevdiyi fənnlərdən biri də rus dili olub. 1968-ci ildə 14 yaşlı Angela Almaniya Demokratik Respublikasında rus dili üzrə keçirilən ümummilli olimpiyadada qalib gəldiyi üçün Moskvaya gəlmək şansı qazanıb.

Angela Merkel heç vaxt bilərzik, üzük, sırğa taxmır. Klassik musiqiyə
üstünlük verən xanım kansler operanı çox sevir. Frau Merkel əsl futbol
azarkeşidir. Bu ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir.
Ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil
verir. Burada həqiqətən də digər dövlət başçıları tərəfindən edilən
bahalı hədiyyələri görmək olar. Tətilini təbiət qoynunda keçirməyi çox
sevən Merkel bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə
dəbdəbəli sarayları, nə də şəxsi modelyerləri var. Yalnız nəsə yeni bir
paltar lazım olanda, dərzi qadın Merkelin evinə gələrək müəyyən ölçüləri
götürür və onun üçün yeni paltar tikməyə başlayır. O, çox nadir
hallarda ətək və ya don geyinir. Merkel daha çox kostyum və bleyzerlərə
üstünlük verir. Səhər yeməyi zamanı isə qəhvə əvəzinə nanəli çay içir.

Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də
noutbuku var. Son zamanlar yalnız iPad-ı var. Onu da ki, xəbər
saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün
istifadə edir. Nə qədər şirürəkli görünsə də, Merkelin də qorxduqları
var. 1995-ci ildə velosiped gəzintisindən qayıdarkən kansleri qonşunun ov iti dişləyib. Bundan başqa Angela ildırımdan da yaman qorxur.

Gənc yaşlarında qaragilə alveri edən Angela Merkel Leypsiqdə
təhsil aldığı illərdə "Angela" diskotekası təşkil edirdi. Bu
diskotekalarda da o, boş oturmurdu, cib xərci əldə etmək üçün şirə və
digər içkilər satırdı. Həmyaşıdlarının Rolling Stones-dan ötrü dəli-divanə olduğu bir vaxtda , Angela Beatles qrupunu çox sevirdi. Onun əl çantasında mobil telefondan başqa, həmişə
karandaş və bloknot, pudra qabı və optik eynək var. Kanslerin uzağı
görmə qabiliyyətində bir qədər problem var. Fransız dilini çox sevməsinə baxmayaraq, bu dili öyrənə bilmədiyi üçün yaman
təəssüflənən Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler
olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel,
hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır. Bağ-bağçada çalışmağı çox
sevən Merkelin qəşəng əl qabiliyyəti də var. O, çox dadlı yeməklər
bişirir. Bir dəfə ondan soruşanda ki, kişilərdə ən çox nəyi bəyənirsiz? O
cavab verib ki, gözəl gözləri!

Damarlarında polyak qanı axan Angelanın qızlıq soyadı Kasnerdir. Kanslerin babası, Polşadan Almaniyaya köçən Lüdovik Kazmirçek öz soyadını alman dilinə uyğunlaşdıraraq Kasner edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!