Dəbli və darıxdırıcı olmayan 5 ofis obrazı

Dəbli və darıxdırıcı olmayan 5 ofis obrazı
Qadın dünyası
10.09.2017 20
Sizin
ofisdə "dress-code” olmağına baxmayaraq eyni zamanda dəbli görünmək və
sıxıcı geyimlərdən canınızı qurtarmaq istəyirsiniz? Elə isə qara qələm
ətək və ağ köynəkləri tərk etməyin vaxtıdır. Xüsusilə sizin üçün yaz-yay
iş günlərində rahatlıqla geyinə biləcəyiniz və dəbli olmağınız üçün bir
neçə obraz fikirləri paylaşırıq.

Parlaq ofis pencəyi



Sıxıcı
qara və ya boz pencəkləriniz qoyun elə şkafında gözündə asılı qalsın!
Fikrinizi parlaq rənglərin üzərində cəmləyin: sarı, göy və ya giləmeyvə
çalarları yaxşı seçim ola bilər. Və ya pastel çalarlara üstünlük verə
bilərsiniz: mavi, vanil və lavanda zərif görüntü bəxş edər.



İş tərzində köynək və ya bluz




köynək və ya bluz ofis qarderobunun ayrılmaz hissəsidir. Amma bəzən
fərqli və yenilik axtarırıq. Bu zaman printlər ağla gələn ilk çıxış yolu
olur. Bluzun üzərində kiçik noxudlar, parlaq çalarlar və əyləncəli
printlər ürəkaçan təsir bağışlamaqla sizi sıxıcı ofis tərzindən azad edə
bilər.



Ofis üçün şalvarlar



Ofis
üçün şalvarlar təkcə klassikadan ibarət deyil. Bəzən standartdan kənara
çıxıb canlı nələrsə yaratmaq olar. Məsələn, klassik ofis şalvarlarını
ayağı qısa və ya enli olan şalvarlarla əvəz etmək olar. Siz bir dənə
qeyri-adi printləri olan universal qara şalvar seçib onu istədiyiniz
kimi dəstləşdirə bilərsiniz. Bu il "culottes” şalvarlar daha çox
aktualdır.



Ofis ayaqqabınızı necə seçməlisiniz?



Hündürlükdən
enin! Razılaşın ki, nazik, hündür dabanları bütün gün boyu gəzdirmək
heç də rahat deyil. Hər yerə geyinə biləcəyiniz dəbli, şıq və rahat
ayaqqabı seçməlisiniz. Şalvarlı kostyumla rahatlıqla dəstləşdirə
biləcəyiniz ağ idman ayaqqabısı seçin, donlar və ətəklərlə kombinləyə
biləcəyiniz oxfordlara üstünlük verin, retro tərzini tamamlaya bilən
sivri pəncəli baletkalar da ofis obrazınızın ayrılmaz hissəsi ola bilər.



Ofis üçün qeyri-adi ətəklər



Standart
ofis ətəyiniz olan qələm ətəyə yeni ideyalar qatmaq vaxtı gəlib çatıb.
Asimmetrik kəsimlər, valanlar, qeyri-adi material, misal üçün eko-dəri
bu ideyalar arasında ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!