Qadınlar niyə ağlayır?

Qadınlar niyə ağlayır?
Qadın dünyası
10.09.2017 29
Belə qəbul edilib ki, qadınların göz yaşı ta uşaqlıqdan onların
ayrılmaz hissəsinə çevrilir. Bəs görəsən qadınlar niyə tez-tez ağlayır?
Kişilərin fikrincə, qadınlar ağlayıb sızlamağı sevir. Gəlin buna başqa
baxış bucağı altında-tibbi nöqteyi nəzərdən baxaq.

                           

Göz yaşı hardan gəlir?

Hormonlar-endokrin vəziləri  sisteminin hasil etdiyi bu
kimyəvi maddələr həm kişilərin, həm də qadınların emosional vəziyyətini
təyin edir. Qadınların göz yaşlarının miqdarına əsasən prolaktin hormonu
təsir edir: onun səviyyəsi nə qədər yüksək olarsa, göz yaşları bir o
qədər çox axar. Kişi hormonu olan testosteron göz yaşları yaranmasını
azaldır;  buna görə də qadınlar kişilələrə nisbeten daha tez-tez
ağlayırlar.



"Hormonal partlayış"

Hər bir qadının xoşbəxt həyatında "hormonal partlayışın"ın
baş verdiyi dövrlər olur. Bu, qızlarda aybaşının başladığı böyümə dövrü,
hamiləlik, doğuş ve klimakteri ( hormonal sistemin sönməsi ) dövrüdür.
Hamı bilir ki, ağladıqdan sonra insan yüngülləşir. Ağlayan
kəs sakitləşir, çünki göz yaşları ilə birlikdə stress hormonlarının
qalığı xaric edilir.



"Qiymətli" göz yaşları

Hormonların artıb-azalması zamanı qızlar stressə,
məişət qayğılarına, şəxsi həyatdakı uğursuzluqlara qarşı həssas olur. O
ağlayır, stress hormonları isə azalmır. Bu zaman orqanizm əsəbi cəhətdən
tükənir. Deməli, stress səbəbindən nə qədər çox göz yaşı axarsa, bu,
orqanizm üçün bir o qədər "qiymətli" olacaq.



Bütün qadınlar eynidir

Bu, heç də doğru deyil. "Ağlayan xarakter'ə mənfi amillər
də təsir edir: temperamentin melanxolik tipi, sıxıntılı irsilik ( yaxın
qohumlarda depressiya, suisidə cəhd halları ), uşaqlıqdan sağlamlığın
zəif olması, fiziki xəstəlik (başın zədələnməsi, insult, vitamin
çatışmazlığı və s. ) Nahaq yerə deməyiblər: "Sağlam bədəndə sağlam ruh
olar". Belə amillərin olması qadınların hormonal dəyişikliklərin
öhdəsindən asanlıqla gəlməsinə səbəb olacaq.



Buna görə də çalışmaq lazımdır ki, stresdən gözəl qadın
gözlərindən bir damla da olsa göz yaşı axmasın. Çünki göz yaşları heç
də həmişə "yüngül" deyil, bəzən "qızıla bərabər" olurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!