İranda kişilərə müvəqqəti evliliyə icazə verildi! [AKTUAL]

İranda kişilərə müvəqqəti evliliyə icazə verildi! [AKTUAL]
Qadın dünyası
10.09.2017 7
 İranda kişilərə müvəqqəti nigaha icazə verilib. Ölkənin nigah haqqında qanununa dəyişikliklər edilib. Buna uyğun olaraq, kişilər istənilən sayda qadınla cinsi əlaqəyə girə bilər və ya şifahi razılaşma ilə müvəqqəti nigah bağlaya bilərlər. Bu barədə məlumatı "The Guardian" yazıb. 


İran qanunvericiliyinə görə, evlilikdən kənar cinsi münasibət cinayət sayılır. Belə hala yol verənlər 100 qamçı ilə cəzalanldırılır. Evlilik həyatında xəyanət edənlər isə daşqalaq edilərək öldürülə bilər. Ancaq kişilər və qadınlar xüsusi dini ritualdan sonra müvəqqəti nigaha daxil ola bilərlər. Bu cür nigah dövlət qeydiyyatı tələb etmir və bir neçə dəqiqədən sonra, bir neçə ilə kimi davam edə bilər. Kişi istənilən an bu nigahı ləğv edə bilər, qadının isə buna haqqı yoxdur. 


Yeni düzəliş parlamentin 104 parlament üzvü (hamısı kişilərdir) tərəfindən təsdiqlənib. Dəyişikliklər bəzi hallarda nigahın qeydiyyatını nəzərdə tutur. Məsələn, potensial arvadın hamiləliyi zamanı. Yerdə qalan hallarda müvəqqəti nigaha şifahi razılıq əsasında daxil olmaq olar. 






Düzəliş İran ictimaiyyətində ziddiyətli reaksiyalara səbəb olub. Deputat Səttar Xudayantın sözlərinə görə, bu, İran ənənələrindən uzaqlaşmaqdır. "Sabahkı gündən başlayaraq heç bir qadın həyat yoldaşının kənarda intimual əlaqəsi olmamasından əmin ola bilməz. Bununla da İran Qərbdən fərqlənməyəcək. İndi istənilən şəxs istədiyi şəxslə onların arasında müvəqqəti nigah haqqında razılığın olduğunu nümayiş etdirmədən cinsi münasibətdə ola biləcəklər"



Bəs bizdə bu hal olsa qadınlar razı olarlarmı hansı olmaq daha yaxşıdır əsl nigahlı qadını ya müvəqqəti nigahlı olmaq? 


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!