Ağıllı qadınla evlənən kişi daha uzunömürlü olur

Ağıllı qadınla evlənən kişi daha uzunömürlü olur
Qadın dünyası
10.09.2017 29
İdeal həyat yoldaşı haqqında düşünəndə, ancaq gözəllik anlayışınız əsasında qurduğunuz obraz barədə düşünürsünüzsə, bu məqamda dayanmağınız məsləhətdir. Sizin ideal həyat yoldaşı obrazınız necə olmalıdır? Gözəl, ağıllı, sakit və ya bəlkə də üsyankar? Bunların xırda məqam olduğunu düşünürsünüzsə, yanılırsınız. Professor Lourens Velli bu barədə belə bir açıqlama verir: "Bir oğlan uşağına uzun həyat yaşaması üçün nəyin lazım olduğunu deyə bilməsək də, nə etməli olduğunu deyə bilərik - ağıllı qadınla evlənməlidir. İnsan intellektindən daha güclü heç nə ola bilməz, bu intellekt sizi gümrah saxlayacaq."

Aberdeen Universitetində aparılan bir tədqiqat işində eyni yumurta əkizləri üzərində aparılan müşahidə bu fikri daha aydın şəkildə təsdiq etmişdir. Belə ki, ağıllı qadınlarla evlənənlər daha xoşbəxt, maraqlı və ən əsası da uzun ömür sürürlər. Öz intellekt səviyyələrinə uyğun və daha aşağı intellektual səviyyədən olan insanlarla evlənələr isə, bir müddət sonra darıxmağa məhkum kimi görünürlər. İntellektual söhbətlər və oyunlar Alzeymer kimi bir çoxlarının qaçılmaz hesab etdiyi xəstəliyin də qarşısını ala bilər. Nə qədər təəccüblü olsa da, intellekt səviyyəsi yüksək olan qadınlarla evlənən kişilərin sağlamlıqları hətta yaş göstəriciləri yüksək olduqda da digərlərindən qat-qat yaxşı olub.

Həm qadınların özünü, həm də kişiləri qadınlarda daha çox intellekt, ağıl kimi vacib xüsusiyyətlərə əhəmiyyət verməyə yönləndirmək heç də asan məsələ deyil. Mövcud gözəllik standartlarının arxasınca qaçan hər iki cins əsas məqamı unudaraq, tamam fərqli dəyərlər formalaşdırır. Bu dəyərlər isə onların daxili xoşbəxtliyinə heç bir halda təsir etmir, əksinə bir müddət sonra yaşadıqları həyat onlara darıxdırıcı və yorucu gəlməyə başlayır. Lakin ağıl və intellekt müvəqqəti bir şey deyil, ömrü boyu araşdırmağa və öyrənməyə meylli olan insanlar sizi də xoşbəxt edir, bir növ qocalmağa imkan vermirlər. Bu kimi tədqiqatlar da bir daha sübut edir ki, ağıllı insanla ailə qurmaq təkcə zehni deyil, fiziki baxımdan da sizi gümrah saxlayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!