Barmaq ölçüləriniz xarakteriniz haqqında nə deyir?

Barmaq ölçüləriniz xarakteriniz haqqında nə deyir?
Qadın dünyası
10.09.2017 15
Üzük və işarə barmağınızın uzunluğu arasındakı fərq xarakteriniz haqqında bəzi şeyləri ortaya çıxarır. Hər gün alimlərin maraqlı araşdırmalarının nəticələrini oxuyuruq. Bu araşdırmalardan bəzilərinin olduqca əyləncəli olduğu dəqiqdir. Yeni aparılmış araşdırmalara əsasən əl barmaqlarımıza baxarak xarakterimiz haqqında bəzi şeyləri görə bilərik. Belə ki, üzük barmağımızın uzunluğu ana bətnində aldığımız testosteron miqdarını meydana çıxarır. Əgər çox testosteron hormonu almısınızsa, üzük barmağınız işarə barmağınızdan daha uzun olur. Barmaqlarınızın xarakteriniz haqqında nələr dediyini öyrənmək üçün sol əlinizi düz şəkildə uzadın. Gördüyünüz A, B və ya C seçimlərindən hansına uyğun olduğunuzu tapın.

Barmaq ölçüləriniz xarakteriniz haqqında nə deyir?

A qrupu: Çox cəlbedici bir insansınız
Bu qrupdakı insanların üzük barmağı işarə barmağından daha uzun olur. A qrupundasınızsa, insanları özünüzə cəlb etməyi sevirsiniz və ya başqasının sizi cəlb etmək istədiyini asanlıqla hiss edirsiniz. Özünüzə inamlı və çox diqqət çəkici insansınız. Risk almağı sevirsiniz. Bəzən bir az aqressiv olduğunuz deyilsə də, nə istədiyinizi bilən insansınız. Sizə ən uyğun işlər isə satış müdirliyi və ya CEO-dur.

B qrupu: Anadangəlmə lidersiniz.
Bu qrupdakı insanların işarə barmaqları üzük barmaqlarından daha uzun olur. B qrupudasınızsa, olduğunuz mühiti idarə etməyi sevən lider ruhlu insansınız. Sürətli hərəkət edir və digərlərinə yol göstərirsiniz. Həll yolları tapmağı sevirsiniz. Sizə ən uyğun peşələr siyasətçi, yazıçı və ya müəllimdir.

C qrupu: Çox yaxşı ünsiyyət qurursunuz
Bu insanların işarə barmağı ilə üzük barmağı eyni uzunluqda olur. C qrupundasınızsa,ünsiyyət qabiliyyətiniz çox yüksəkdir. İnsanlar sirlərini sizə asanlıqla aça bilir. Olduqca məntiqli insansınız. Bir şeyi deməzdən qabaq iki dəfə düşünürsünüz. Digər insanları ən kefsiz olduqları vaxtlarda sakitləşdirə bilirsiniz. Sizə ən uyğun peşələr, tibb bacısı, sosial xidmətlər və ya terapistdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!