Sinə neçə yaşına kimi böyüyər?

Sinə neçə yaşına kimi böyüyər?
Qadın dünyası
10.09.2017 37
Sinələrimizin böyüməsi hansı yaşlarda sona çatar?
Bədənimizin çoxu orqanından fərqli olaraq, sinə inkişafı dəqiq müddətlərlə təyin oluna biləcək bir mövzu deyil. ..Sinələrin böyüməsində iki təməl faktor vardır. Bunlardan birincisi genetik, digəri isə bədənin hormonsal quruluşudur.

Əslində sinələr ana qarınındaykən inkişafa başlarlar. Süd kanallarının və ifrazat bezlərinin meydana gəlməsi bu dövrə bərabər gəlir.

Uşaqlıq mərhələsində də böyümə davam edər. Ancaq gözlə görülən böyümə yetkinlik dövrünə bərabər gəlir. Overler tərəfindən ifraz olunan östrojen hormonu, yetkinlikdə sinələrin diqqətə çarpaşlaşmasının ən vacibsəbəbidir.

Menstruasiya başlanğıcı isə sinələrin tam mənasıyla qadın sinələrinə sahib olunduğunun işarəsidir başlanğıcı, sinələrin süd ifraz etmə tutumuna çatdığını göstərər.

Doğumdan menstruasiya dövrünə qədər qısaca yekunlaşdırdığımız sinə inkişafı nə qədər davam edər? Bir qızın və ya qadının sinələri neçə yaşına qədər böyüyər?

İndi də bu sualları cavablandıraq:
Çoxumuzun bildiyi kimi, menstruasiya dövründə sinələr bir miqdar böyüyər və həssaslaşar. Bu böyümənin səbəbi, ifraz olunan östrojen və progesteron səviyyələrindəki artımdır. Bədən, hamiləliyi təşviq etmək üçün belə bir dəyişmə edər. Ancaq menstruasiya bitincə sinələr əvvəlki halına dönərlər.

Hamiləlik və əmizdirmə dövründə yaşanan sinə böyüməsi qalıcıdırmı?
Əslində bu mövzuda fərqli klinik məlumatlar mövcuddur. Çox qadında hamiləlik və ardından yaşanan əmizdirmə dövründə görülən sinə böyüməsi keçici ikən, bəzi qadınlarda qalıcı olduğu sübut edilmişdir.


Menstruasiya və hamiləlikdən müstəqil olaraq gənc bir qızın sinə böyüməsi 20-li yaşların ortalarına qədər davam edə bilər (20-25 yaş). Bu yaşlardan sonra məmə inkişafı davam edən qadınlar olduğu isbat edilsə də, klinik mənada nadir görülən bir vəziyyətdir.

35 yaş ətrafında isə sinələr final inkişaf səviyyəsinə çatarlar. Bu yaşdan etibarən böyümə yerinə, irəliləyən yaşlarda görüləcək menopozun təsiriylə hormon səviyyələri azalacağı üçün kiçilmədən söz edilə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!