Uşaqlı qadınlar depressiyaya daha tez düşür

Uşaqlı qadınlar depressiyaya daha tez düşür
Qadın dünyası
10.09.2017 5
 
Amerikalı psixoloq Oliver Ceymsin apardığı araşdırmaların nəticələrinə əsasən, uşaqlı qadınlar subay həmkarları ilə müqayisədə özlərini dəyərdən düşmüş kimi sayırlar. Bu isə onların depressiyaya düşməsinə şərait yaradır. Alimin qənaətincə, bu cür qadınlar özlərini peşəkar fəaliyyətdə sınamaqda çətinlik çəkirlər. Bu səbəbdən daha çox uşaqlarının atalarına böyük ümidlər bəsləyirlər. Əgər ailənin gəlirləri aşağı səviyyədədirsə, vəziyyət durmadan gərginləşir. Bu cür valideynlər uşaqlarının gələcəyini düşündükdə hətta paranoyya vəziyyətinə çata bilərlər. Bu təcrübələrlə bağlı 5000 insan arasında sorğu aparılıb. Bu sorğu göstərib ki, uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün zəruri maliyyə 
tapmaqda çətinlik çəkən qadınlar varlı həmkarları ilə müqayisədə daha az xoşbəxtdirlər. İldə 20 min funt-sterlinq qazanan qadınların hər 10-dan yalnız 4-ü uşaqların dünyaya gəlməsinin onları xoşbəxt etdiyini söyləyib.
 
Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!