"Coca Cola" spermanın tərkibini korlayır

Qadın dünyası
10.09.2017 84
     Alimlərin 2500 gənc könüllü üzərində apardığı müayinələr göstərib ki, gündə 1 litrə yaxın kola içən kişilərdə spermanın tərkibindəki spermatozoidlər bu içkilərdən istifadə etməyənlərə nisbətə 30 faiz azdır. Bunun nəticəsində isə kişi sonsuzluğu yaranır.

"Podrobnosti” agentliyinin yaydığı xəbərdə deyilir ki, kola sevməyən kisilərin 1 millimetr spermasında orta hesabla 50 milyon spermatozoid olduğu halda digərlərində bu göstərici 35 milyondan artıq olmayıb.

Tədqiqatçilar belə düşünürlər ki, tərkibin pisləşməsinə kolanın tərkibindəki kofein yox, digər maddələr təsir edir. Digər bir versiyada isə kola həvəskarlarının əsasən qeyri sağlam həyat tərzi sürən insanlar olması göstərilir: onlar az hərəkət edirlər, fastfuddan (ayaqüstü yeməklərdən) çox istifadə edirlər və meyvə-tərəvəzlə az qidalanırlar.

Kola həmçinin qadınlara da mənfi təsirsiz ötüşmür. Belə ki onlar hamiləlikdən əvvəlki aylarda həftədə 4-5 porsiya tərkibində şəkər olan kola içiblərsə uşağa qaldıqları zaman diabet riskini 22 faiz artırmış olurlar. Maraqlıdır ki, tərkibində şəkər və ya şəkər əvəzediciləri olan digər sərinləşdirici içkilər qəbul etməklə qadınlar sözügedən xəstəliyə tutulmurlar.



Redakte etdi: Pretty girlскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!