Qadınlar təkcə seks üçün deyil

Qadınlar təkcə seks üçün deyil
Qadın dünyası
10.09.2017 9
Qadınlar təkcə seks üçün deyil. İstənilən insanın hər hansı bir insanla edə biləcəyi hərəkətləri, fəaliyyətləri qadınlarla da etmək mümkündür. Qadınlarla dost, sirdaş, yoldaş da olmaq mümkündür.

Söhbət etmək
Arada fikri dağıtmaq üçün söhbət etmək lazımdır. Qadınlarla söhbət etməyin heç bir zərəri yoxdur. Bir qadın bir kişi olə normal insan kimi söhbət edə bilər. Lakin həmin kişi bu münasibətdən qadının onunla yatmaq istədiyi nəticəsini çıxarsa, qadın çox əsəbləşə bilər. Əsəbiləşən qadınla ilə diqqətli davranmaq məsləhətdir.

Gülmək
Məzəli bir hadisəyə gülmək çox təbii insani bir reaksiyadır. Gülmək bir ehtiyacdır və qadınlar da bu ehtiyaclarını aradan qaldırmağı bacarırlar. Yəni bir və ya daha çox kişinin olduğu mühitdə gülən qadın, heç də həmin kişilərə “yataq bölüşək” mesajını vermir. Hər hansı vəziyyət, hadisə məzəlidirsə ona gülürlər, bu qədər sadə.

Filmə baxmaq
Maraqlıdır, qadınlar bitdikdən sonra müzakirə etmək üçün kişilərlə film izləməyi sevirlər. Yəni bir kişinin kinoya getmək təklifini qəbul edən qadın, həmin kişi ilə birlikdə olmaq üçün "yaşıl işıq yandırır" demək deyil.

Dərdləşmək
Kişilər də insandır və kişilər arası söhbətlərdən bezib bir qadınla danışmağa ehtiyac duya bilərlər. Ümumi tendensiya belədir ki, kişilər və qadınlar həmcinsləri ilə oturub dərdləşdikdə bir-birinə haqq qazandırırlar. Halbuki, insanın tənqiddə də ehtiyacı var ki, doğrunu tapa bilsin. Bir qadını ən yaxşı kişi tənqidçisi, bir kişi də ən yaxşı qadın tənqidçisidir. Bir sözlə, qadınlar dərdləşmək üçün yaxşı yoldaşlardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!