Qadınların həyatını qısaldan nədir?

Qadınların həyatını qısaldan nədir?
Qadın dünyası
10.09.2017 15
Holland alimləri erkən menopauza (klimaks) keçirən 300 mindən artıq qadının səhhətini araşdırdıqdan sonra belə qərara gəliblər ki, bu kateqoriya qadınlarda ürək xəstəlikləri daha tez-tez inkişaf edir və onlarda vaxtından əvvəl ölümün riski artmış olur.

Qadınlar.biz saglamolun.az-a istinadən bildirir ki, həmiçin bu qadınlarda şəkərli diabet və hipertoniya kimi xəstəliklərin inkişafının riski artır. Alimlər bunu qadınların orqanizmində baş verən hormonal dəyişikliklərlə əlaqələndirir.

Qadınlarda menopauza orta hesabla 51 yaşında başlayır və bu normal fizioloji hal sayılır. 45 yaşına qədər başlayan menopauza (klimaks) erkən sayılır.
Qadınlar bilməlidir ki, bir çox hallarda düzgün seçilmiş müalicə erkən menopauzanı dayandıra bilər. Bu səbəbdən erkən menopauzanın ilk simptomlarında qadın dərhal ginekoloqa müraciət etməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!