Fransız qadınları kimi necə tərz ola bilərik?

Fransız qadınları kimi necə tərz ola bilərik?
Qadın dünyası
10.09.2017 11
Fransız qadınları təbii, sadə, səysiz bir gözəlliyə sahibdirlər. Var olan gözəlliklərini boğucu paltarlar ilə geri plana itələməyib tam tərsi sadə tərzləriylə gözəlliklərini ön plana çıxarmada olduqca ustadırlar. Bu sadəlik makiyajlarına, saçlarına da əks olunmuş və olduqca sadə makiyaj seçərkən imtina edə bilmədikləri tək şey qırmızı pomadalarıdır. Qırmızı pomadanı qəşəng görünüşlərində paltarın belə qarşısında tutub tərzlərində ona baş rol vermişlər. Əslində bu qadınların geyim tərzləri dünyada onlar haqqında danışılmasına səbəb oldu. İtalyanın cazibədar klassiyi varsa, Fransızların "Fransız qəşəngliyi" altında müasir meylləri birləşdirən zərif klassiyi var. Yaxşı, Fransız qadını kimi necə geyinilər? Bu suala cavab vermədən əvvəl bir nöqtəyə toxunmalıyıq ki, Fransızlar hər vaxt şən və incə görünüşləri ilə gözə dəyərlər. Bunu təbii ki qida və həyat tərzləri təsir edir, lakin geyimdə də öz xüsusi sirləri var. Bu sirləri bilsəniz, sizlər də onlar kimi incə görünə bilərsiniz.

1) Hər bir Fransız qadınının qarderobunda uzun blazer olmalıdır. Uzun üst geyimlərində onları tez-tez istifadə edərlər.

2) Şaquli xəttlər. Bilərik ki, şaquli lentlər insanın boyunu vizual olaraq uzadar və incə göstərər. Əgər ağılınızda bir Fransız qadını canlanırsa şaquli lentli paltarlarla canlanar. Çünki çox vaxt lentli paltarlar geyərlər, hətta ofis kostyumlarında kiçik lent olsa da bu şaquli olar.

3) Fransız qadınları 80% kəmər istifadə edərək kombin edər. Kəmər bilərik ki, beli incə göstərər. Bu səbəbdən onlar bu aksesuarı beli incə göstərmədə lazımlı olaraq istifadə edərlər.

4) Monokrom stil bir çoxlarının istifadə etdiyi stildir. Bu stil də insanı incə göstərər. Bədəni heç bir yerdə kəsmədən başdan aşağı eyni rəng, eyni naxış istifadə edərlər.

5) Qıçları isə uzun göstərən əlbəttə uzun və enli şalvarlardır.

6) Fransızlar da İtalyan qadınlar kimi qara rəngli paltarları çox istifadə edərlər. Qarderobunuzda qara paltar artıq olmazsa olmaz olmalı!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!