Göbələk və boranı ilə toyuq qovurması

Göbələk və boranı ilə toyuq qovurması
Qadın dünyası
10.09.2017 12
Tərkibi (10 pay):
1 kq toyuq filesi
400 q boranı
300 q şampinyon
1 iri baş soğan
200 ml xama
1 x.q. limon şirəsi
duz
istiot

Hazırlanması:
Boranını tərəfi 1-1,5 sm olan kubiklərə doğrayın.
Şampinyonları dörd bölün.
Soğanı xırda doğrayın.
Fileni quşbaşı doğrayın. İti odda bitki yağında 3 dəqiqə qızardın. Çıxarıb boşqaba yığın.
Həmin tavada soğanı 2-3 dəqiqə qovurun.
Göbələklə boranını əlavə edib qarışdıraraq 10 dəqiqə qovurun.
Limon şirəsi, toyuq əti və xamanı əlavə edin. Duz-istiot qatın.
Qaynara düşəndən sonra tavanın qapağını qoyub vam odda 10-15 dəqiqə, boranı yumşalanadək bişirin.
Süfrəyə verərkən üzərinə xırda doğranmış şüyüd səpin.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!