Çillərlə necə mübarizə aparmaq olar?

Çillərlə necə mübarizə aparmaq olar?
Qadın dünyası
10.09.2017 6
 

Kimlərsə
çilləri cəzbedici hesab edir, Kimlərsə ondan canını qurtarmağa
çalışır. Əgər siz də ikinci qismə daxilsizsə işinizə yarayacaq bir necə
metod təqdim edirik:



Əsasən
açıq dərili insanlarda görülən, yayda günəşlə əlaqədar olaraq sayı
artan, böyüməyə başlayan və rəngləri tündləşən çillər daha çox üz, sinə
və bel bölgələrində olur. Ən esas artma səbəbi günəş olduğu üçün həssas
cildlərə sahib olanların günəşdən qorunması gərəkdir.











Çillərdən
qurtulmaq üçün mütəxəssislər kimyəvi peeling və lazer müalicəsi
məsləhət görürlər. İki üsulla da çillərinizin rəngini açaraq ölçsünü
kiçildə bilərsiz. Yararlı olması üçün kimyəvi peeling müalicəsi,
çillərin sıxlığına görə 5 və 10 seans çəkə bilər. Lazer müalicəsi isə
daha tez nəticə əldə etmənizə kömək olacaqdır.











Bunların
xaricində ev daxilində mübarizə aparmaq istəyirsizsə bunun üçün limon
suyu birbaşa metoddur. Limon suyu çillərinizin yox olmasını edəcəyi
kimi eyni zamanda yağlı cildlər üçün də yaxşı bir təmizləyicidir.











Digər
bir metod isə; bir yemək qaşığı kətan toxumunu qaynadın. Soyuduqdan
sonra bir parça pambığın köməkliyi ilə çillərin üzərine qoyun. 20 dəqiqə
dərinizdə saxladıqda bu metod çillər üçün peeling təsiri yaradacaqdır.
Son olaraq bol su ilə yumağınız məsləhıtdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!