Gecə oxusu: qara paltarlı qadın

Gecə oxusu: qara paltarlı qadın
Qadın dünyası
10.09.2017 42
 
Qara paltarlı qadınKişilər bir olmur, atam balası, -qorxağı var, igidi var.Amma hər kişinin öləndən sonraqəbri üstə ağlayasıBir qara paltarlı gözəl qadınaümidi var.Sən öləndəkim olacaq gözlərini bağlayan?Qardaşmı olacaq,                            yadmı olacaq?Bu dünyadabəlkə sənə ən çox ağlayanƏn çox ağlatdığın qadın olacaq.Göz yaşları yuduqca baş daşını,Qəbrində qurcalanıb                               deyəcəksən,İlahi, illər boyu ağlatdığım bu qadıngörən necə saxlayıbbu qədər göz yaşını?!Bircə kərənə saçını oxşamışam,nə gözünü silmişəm,Gözlərimə batır indisaçlarının hər dəni.İllər boyubu qadına mən axı dərd vermişəm,İndi görən niyə çəkir dərdimi?!Bu qadınbaş daşımıöpüb sığallamaqdansa,Yumruğuyla döysə, döysə yaxşıdı.Qəbrimin üstündə ağlamaqdansa,Məni söysə yaxşıdı.Yeri, yeri, qara paltarlı qadın,Kiri, kiri, qara paltarlı qadın.Bu qəbir də min qəbirdən biridi,baş daşımı bəsdi basdın bağrına.Bütün mənə ağlayanlar kiridi,sən də kiri, qəbrim damır, ağlama!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!