Bədən növünə görə geyim sirrləri

Bədən növünə görə geyim sirrləri
Qadın dünyası
10.09.2017 107
 






Tərs Üçbucaq Bədən Tipi

Çiyinləriniz ya da sinələriniz, ombalarınıza görə daha genişsə; tərs üçbucaq bədən tipinə sahibsiniz.

Çiyinlərinizi gizləmək istəyirsinizsə; tünd rəngli və reglan qollu üstlər ya da paltarlar seçməlisiniz. Sinələrinizi kiçik göstərmək istəyirsinizsə; V yaxalı bluzlar, düz pencəklər, beşbucaqlı yaxalı paltar, bluz və köynəklər seçməlisiniz.



Düzbucaqlı Bədən Tipi

Çiyinləriniz, sinələriniz və ombalarınız təxminən olaraq eyni ölçü sahibsə, belinizin oyuntusu  müəyyən olmursa; düzbucaqlı bədən tipinə sahibsiniz.

Belinizi incə göstərmək və ortaya çıxarmaq istəyirsinizsə; üzərinizə tam oturan və belinizə vurğu edən peplum üstləri və pencəkləri seçməlisiniz.  Basanlarınızı mütənasib göstərmək istəyirsinizsə; belinizdə bitəcək geniş çiyinli pencəklər seçməlisiniz.



Üçbucaq Bədən Tipi

Ombalarınız, çiyin və sinələrinizə daha böyüksə və belinizin oyuntusu  varsa; üçbucaq yəni armud bədənə sahibsiniz.

Belinizi önə çıxarmaq istəyirsinizsə; peplum üstlərlə birlikdə belə bağlanan anvelop paltarlar, qalın ya da incə kəmərlər seçməlisiniz. Ombalarınızı balanslı göstərmək istəyirsinizsə; boru paça ya da İspan paça şalvarlar seçməlisiniz.



Qum Saatı Bədən Tipi

Çiyinləriniz, sinələriniz və ombalarınız birə-bir eyni ölçüdə və beliniz incəciksə; qum saatı bədən tipinə sahibsiniz.

Sinələrinizi önə çıxarmaq istəyirsinizsə; fırfırlı, büzgülü, böyük naxışlı, robalı, fiyonklu üstlər və paltarlar seçməlisiniz. Ombalarınızı diqqətə çarpanlaşdırmaq istəyirsinizsə; dar cinslər, yan cibi olan ətəklər və şar tipli paltarlar seçməlisiniz.

 

 

Tərcümə etdi və hazırladı: PURE LOVE
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!