Bəzi qızlar niyə evdə qalır?:)

Bəzi qızlar niyə evdə qalır?:)
Qadın dünyası
10.09.2017 57
Bəzi qızlar niyə evdə qalır?:)Qadınların gedib özlərinə ər seçə biləcəkləri bir kişi mağazası açılır. Mağaza 5 mərtəbəlidir və hər mərtəbə çıxıldıqca, kişilərin xüsusiyyətləri də yüksəlməkdədir.Mağazada yalnız tək bir qayda keçərlidir: hər hansı bir mərtəbənin qapısından içəri girən qadın, o mərtəbədən alış-veriş etmək məcburiyyətindədir və əgər yuxarı mərtəbəyə cıxmaq istəsə, yenidən aşağı mərtəbəyə enə bilməz.Bir gün bir qrup qız, ər seçmək üçün mağazaya gəlir. Və....1-ci mərtəbə: Qapıda bunlar yazılıdır: "Bu mərtəbədəki kişilərin işi-gücü var və uşaqları da sevirlər". Qızlar yazılanları oxuyur və belə deyirlər:-"Eh, heç yoxdan yaxşıdır, amma bir də yuxarı mərtəbəyə baxaq".2-ci mərtəbə: Qapıda yazılanlar: "Buradakı kişilərin yaxşı bir işləri var, uşaqları sevirlər və son dərəcə yaraşıqlıdırlar." Qızlar:-"Hmmm, heç pis deyil, amma görəsən yuxarı mərtəbədə nə var?"3-cü mərtəbə: "Buradakı kişilərin yaxşı bir işləri var, uşaqları sevirlər və son dərəcə yaraşıqlıdırlar və ev işlərinə də kömək edirlər". Qızlar:-"Aman ALLAHım, çox gözəl, çox pakizə, amma yuxarıda başqa mərtəbələr də var."4-cü mərtəbə: "Buradakı kişilərin yaxşı bir işləri var, uşaqları sevirlər və son dərəcə yaraşıqlıdırlar və ev işlərinə də kömək edirlər və həmçinin son dərəcə romantikdirlər". Qızlar qışqırmağa başlayırlar: "İnanılmaz, yuxarı mərtəbədə bizi nəyin gözlədiyini düşünün!" Və bir mərtəbə daha cıxırlar...5-ci mərtəbə: Bunlar yazıb: "Bu mərtəbə boşdur və sadəcə bəzi qadınları razı salmağın, xoşbəxt etməyin mümkün olmadığını sübut etmək üçün qoyulmuşdur..Çıxış soldadır; ümid edirik düşərkən pilləkənlərdən diyirlənərsiniz...P.S ...:)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!