Subay ikən bakirə olmamaq [Müzakirə]

Subay ikən bakirə olmamaq [Müzakirə]
Qadın dünyası
10.09.2017 12
Hal-hazırda cəmiyyətimizdə səbəb və məqsədindən asılı olmayaraq evli olmadığı halda bakirə olmayan qızlar var. Onları əxlaqsız sayanlar da var, saymayanlar da. Onların arasından bunu etiraf edənlər də var, etməyənlər də. Hətta, onların etiraf edənlərini cəsarətli sayanlar da var, saymayanlar da.
Amma yaşadığımız mühitdə subay ikən bakirə olmayan qızlar heç də çoxları tərəfindən xoş qarşılanmır. Bunu həmin qızlar da bilirlər və buna görə də hər kəs içərisində ya biabır şəkildə gəzməmək, ya adına xələl gətirməmək üçün bu həqiqəti gizli saxlayarlar. Amma bunun sonunun olmadığını da çox gözəl bilirlər.

 Son dövrlərdə tibbin qazandığı nəaliyyətlər nəticəsində meydana gəlmiş yeni ideyalar sayəsində həmin qızların bir çoxu yenidən qıza çevrilərək ailə səadətinə qovuşmağı bacarmışlar. Günümüzdə onların sayı getdikcə də artır. Amma həqiqət elə həqiqət olaraq qaldığından, ərə getdiyi oğlanın vicdanına birbaşa ləkə vurmuş olur. Daha bundan sonra o qızın çəkdiyi vicdan əzabından asılı olmayaraq ləkə artıq ləkədir.

Ümumən götürüldükdə fərqli fikir sahiblərilə bu mövzu ətrafında kifayət qədər danışmaq olar. Bu gün bu müzakirəli xəbərdə də sizin subay olduğu halda bakirə olmayan qızlara qarşı fikirlərinizi bilmək istərdik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!