Xoşbəxtliyin sirri

Xoşbəxtliyin sirri
Qadın dünyası
10.09.2017 19
 
Xoşbəxtliyin sirri


Xoşbəxt olmağın ilk qaydası inanmaqdır. Əgər xoşbəxt olacağınıza inanırsınızsa, bunu bacarmağınıza az qalıb deməkdir. Dayanmadan hər kəs xoşbəxt olmaq üçün cəhd göstərir. Çoxumuz bunu bacarırıq, çoxumuz isə tez ruhdan düşürük. Lakin xoşbəxt olmaq düşünüldüyü kimi çətin deyildir. Xoşbəxtlik ovuclarınızın arasındadır. Xoşbəxt bir insan olmaq üçün məsləhətlərimizi dinləməyiniz vacibdir.Xoşbəxt olmağın sirləriSizi sevən və sizin də həqiqətən sevdiyinizə inandığınız və etibar etdiyiniz insanlarla dostluq edin. Onlar ilə vaxt keçirməyə cəhd göstərin.Keçmişdə sizi sıxan və sizə dərin təsir göstərib, kədərləndirən adamlar ola bilər. O adamları ya da hadisələri unutmağa çalışın. İrəliyə baxın. Buraxın hər şey keçmişdə qalsın.Olar-olmaz şeyləri düşünməyin. Hər zaman başınız dik və üzünüz gülsün.Əylənə biləcəyiniz və eyni zamanda yeni şeylər  öyrənə biləcəyiniz xobbilərə üstünlük verin. Bu sizi həyata daha çox bağlayacaqdır.Pis vərdişlərinizdən xilas olun.Vaxtında  çimin, qidalanın. Heç vaxt idmana laqeyd yanaşmayın. İdman həyatınızda imtina edə bilməyəcəyiniz bir fəaliyyət olmalıdır.Səni sevirəm deməkdən çəkinməyin. Bu sadəcə həyat yoldaşınıza, yaxud kişi dostunuza deməyiniz lazım olan bir şey deyil. Ailənizə ya da dostlarınıza da bu iki sözü tez-tez deyin.Həyata inam dolu gözlərlə baxın və hər nə olsa, üzünüzdən təbəssüm əksik olmasın.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!