Bağışlayan Olmaq

Bağışlayan Olmaq
Qadın və Din
10.09.2017 15
Bağışlayıcı olmaq
 
 



Sual: Çox bağışlayıram, buna görə pis rəftarı gördüyüm də olur. Bağışlayıcı olmaq yaxşı bir şeydirmi? 


CAVAB 


Əfv, layiq olduğu bir şeyi almayıb sahibinə bağışlamaq deməkdir. Allahu təala bağışlayıcıdır, bağışlayanları sevər. Qurani Kərimdə tərcümə olaraq buyurulur ki:


(Bağışla, bilinəni əmr et və cahillərdən üz çevir!) [Ə'raf 199]


 


Hədisi şəriflərdə də buyuruldu ki: 


(Bağışlanın ki, Allahu təala da sizi bağışlasın və şərəfinizi yüksəltsin!) [İsfehani]


(Allah rizası üçün bağışlayanı, Allahu təala yüksəldər.) [Müslim]


(Özündən uzaqlaşanlara yaxınlaşmaq, zülm edənləri bağışlamaq, özünü məhrum edənlərə [Özünə bir şey verməyənlərə] lütf etmək, gözəl xasiyyətli olmaqdır.) [i. Süyuti]


(Sənə zülm edəni bağışla, sənə gəlməyənə get, sənə pislik edənə sən yaxşılıq et, əleyhinə də olsa mütləq doğru danış.) [Ruzeyn]


(Musa əleyhissalam, "Ya Rəbbi, sənin indində ən əziz kimdir?" deyə soruşdu. Allahu təala da, "İntiqam almağa gücü çatarkən bağışlayandır" buyurdu.) [Haraiti]


(Allahu təala mərhəməti olmayana mərhəmət etməz, bağışlamayanı bağışlamaz.) [i. Əhməd]


(Bağışlanın ki əfvə qovuşasınız!) [i. Əhməd]


Əfv tərəfdarı olmaq daha yaxşıdır. Hədisi şərifdə buyuruldu ki:


(Cəza verməkdəki səhv, bağışlamaqdakı səhvdən daha pisdir.) [Hakim]


Sual: Haqsızı bağışlamanın üzrlüsü olarmı? 


CAVAB


Haqsızı da bağışlayanlar, dünya və axirətdə səadətə qovuşarlar.


Özünü içkidən qurtara bilməyən bir müsəlman, xidmətçisinə dörd dirhəm verər. İçki almasını söyləyər. Xidmətçi gedərkən Mənsur min Ammar adlı bir şəxsin, bir kasıba kömək yığdığını görər. Mənsur, (Bu kasıba 4 dirhəm verənə 4 dua edərəm) deyər. Xidmətçi, kasıba 4 dirhəmi verər. Mənsur deyər ki:


- Hansı duanı etməmi istəyərsən?


- Xidmətçilikdən xilas olmaq istəyirəm.


- İkinci istəyini söylə!


- Kasıba verdiyim dörd dirhəm mənim deyildi. Məndən bunu istəyərlər. Dörd dirhəm istəyərəm.


- Üçüncü istəyin nədir?


- Əfəndimin tövbə edib içkini buraxmasını istəyirəm.


- Dördüncü arzun nədir?


- Allahu təalanın məni, əfəndimi, səni, qövmümüzü bağışlamasını istəyirəm.


 


Mənsur min Ammar, hamısı üçün lazımlı duanı edər. Xidmətçi evinə gedincə, əfəndisi, gecikməsinin səbəbini soruşar. Xidmətçi vəziyyəti izah edər. Əfəndisi soruşar:


- Sən nələr istədin?


- Xidmətçilikdən, köləlikdən xilas olmağı istədim.


- Yaxşı səni azad etdim. Başqa nə istədin?


- Dörd dirhəm istədim.


- Al bu dörd dirhəmi. Başqa nə istədin?


- Tövbə edib içkini buraxmağını istədim.


- Tövbə etdim. Başqa nə istədin?


- Allahu təalanın hamımızı bağışlamasını istədim.


 


Əfəndisi dayanacaqlar, (İşdə bu mənim əlimdə deyil) deyər. O gecə yuxusunda, (Sən əlində olanı etdin də, biz əlimizdə olanı etməzikmi? Səni də, xidmətçini də, Mənsuru da və orada olan hamınızı bağışladıq) deyilir. 


 


Hər müsəlman da əlində olanı əsirgəməməli, daim bağışlayıcı olmalıdır!


 


Sual: Tam qəti deyilsə də, günahkar birini cəzalandırmaqmı, yoxsa bağışlamaqmı daha uyğun olar?


CAVAB


Cinayət,günah qəti olmadıqca cəzalandırmaq caiz olmaz. Əfv tərəfdarı olmaq daha yaxşıdır. Bir hədisi şərif tərcüməs(n)i belədir:


(Cəza verməkdəki səhv, bağışlamaqdakı səhvdən daha pisdir.) [Hakim]


 


Düşmənə yaxşı rəftar


Sual: Bizə pislik edənlərə, düşmənlik edənlərə, eynisini etmək caizdirmi? 


CAVAB


Tam onların etdikləri qədər etmək zülm olmaz, çoxu zülüm olar. Ancaq ədalətli hərəkət etmənin ölçüsünü bilməyik, zülm etmiş olarıq. Ən yaxşısı bağışlamaqdır. Bir ayəsi kərimə tərcüməs(n)i:


(Pisliyi, ən gözəl şəkildə önlə! [Hirsi səbirlə, cahilliyi yumşaqlıqla, pisliyi əfvlə önlə ki] o zaman düşmən sənə, yaxın dost kimi olar.) [Fussilət 34]


 


Demək ki, düşməni dost etmənin yolu, onu bağışlamaq, ona yaxşılıq və lütfkarlıqda tapılmaqdır.
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!