Dini Kəlamlar...

Dini Kəlamlar...
Qadın və Din
10.09.2017 52
Əgər bilmədiklərim ayağımın altında olsaydı, başım göyün ən yüksək qatına dəyər idi



Günah işləməyi zillət; günahı tərk etməyi mürüvvət gördüm və bildim.



Qorxaram bu kəslərdən ki, zənnlə danışarlar və onunla əməl edərlər.



Qulların bir-birlərinə qarşı işlədikləri günahlar, özləri üçün bir zülmdən ibarətdir.



Bir kimsənin elmi, özünü Allahu təalanın qadağanlarından məhrum etmirsə, o kimsə böyük təhlükədədir.



Dinin alver qisimini bilməyən, haram loxmadan xilas ola bilməz və ibadətlərin savabını tapa bilməz.



Zəhmətləri boşa gedər və əzaba tutular və çox peşman olar.



Bilmədiklərimi ayaqlarımın altına alsaydım başım göyə dəyər idi.



Eshabı kiramdan bizə gələn, bildirilən hər şeyin başımızın üstündə yeri vardır.



Din elmində danışan kimsə, Allahu təalanın özünə: Mənim dinimdə sən necə fətva verdin, necə söz söylədin? sualını soruşmayacağını zənn edirsə, özünə və dininə zəiflik etmiş olar.



Allahu təala, özünə şükr adını vermişdir. Çünki Allahu təala, yaxşılığı mükafatlandırar. O, mərhəmət edənlərin ən mərhəmətlisidir.



Bir kimsə fiqh bilməz, fiqhin qiymətini və fiqh alimlərinin dəyərini bilməzsə, belə alimlərlə oturmaq [kitablarını oxumaq, fiqh öyrənmək] özünə ağır gəlir.



Allahu təala bizə, insanların mömin olanlarını sevməmizi, onlara qarşı hörmət bəsləməmizi və əsla incidici olmamamızı, ürəklərində nə saxladıqlarını bilməyəcəyimizi, hərəkətlərimizi buna görə nizamlamamızı əmr etmişdir.



İnsan, hər şeyə şəfa verən tək varlığın Allahu təala olduğuna inanar; bununla birlikdə dərdinə dərman olması üçün dərman istifadə edər. Çünki dərman bir səbəbdir. Şəfasını verəcək olan isə Allahu təaladır.



Mömin, Allahu təalanın özünü davamlı nəzarət etdiyini bilər. Kimsənin olmadığı bir yerdə və ya hər kəsin yanında olsun, mütləq Allahu təalanın onu nəzarət etdiyinə inanar.
Krallar və sözdə böyük adamlar isə, nə gizli və nə də açıq bir yerdə hər hansı bir adamı nəzarət edə bilməzlər.



Mömin, Allahu təaladan qorxduğu qədər heç bir şeydən qorxmaz. Şiddətli bir xəstəliyə tutular və ya faciəvi bir qəza və ya bəlaya uğrasa, gizli və ya açıq; "Ya Rəbbi, mənə bu bəlanı niyə verdin?" deyə şikayətçi olmaz. Tərsinə xəstəliyə, bəlaya və qəzaya baxmayaraq Allahu təalanı xatırlayar və şükr edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!