Çirkin Cəsarət insanı Vicdanda da Uzaqlaşdırır

Çirkin Cəsarət insanı Vicdanda da Uzaqlaşdırır
Qadın və Din
10.09.2017 27
Bismillahir Rəhmanir Rəhim...
Çirkin cəsarət vicdana uyğun olmayan hərəkətdir. Məzlum birinə qışqırmaq, günah işləmək, zülm etmək, insanların haqlarına təcavüz etmək, insanların illərlə əziyyət çəkib qazandıqları malları oğurlamaq, ehtiyacı olan insanlara kömək etməmək bundan irəli gəlir. Allah insanlara vicdanən bunların səhv olduğunu bildirdiyi halda təkəbbürlü insanlar vicdanlarına qarşı çıxaraq bu əxlaqı mənimsəyirlər. Bu zalım insanların sakit və soyuqqanlı olmalarının səbəbi isə şeytanın onlara təlqin etdiyi arxayınlıq və çirkin cəsarətdən qaynaqlanır.Bu insanların heç bir hərəkəti Quran əxlaqına uyğun deyil. Özlərinə belə zərərli olan pis hərəkətləri edə biləcək qədər ağılsız cəsarətləri var. Narkotikdən istifadə etmək, pisliyi yaymaq üçün qruplaşmaq, dava salmaq, təxribat törətmək və xaos çıxarmaq çirkin cəsarətə nümunədir. Belə insanlar cahil cəmiyyətdə “cəsur”, “cəsarətli” adlanaraq, şöhrət qazanacaqlarını ümid edərək bu cür hərəkətlər etməkdən çəkinmirlər.Din əxlaqından uzaq yaşayan insanlar arasında bu hərəkətlər “dəli cəsarəti” olaraq adlandırılır. Bu çirkin cəsarət nümunələri ilə gündəlik həyatımızda çox vaxt rastlaşırıq. Belə insanlar imandan qaynaqlanan sevgi, hörmət, şəfqət, insanlıq, ağıl, etidaldan nəsiblərini almadıqları üçün məntiq və davranış pozuqluqları var.Şeytanın tərəfdarları çirkin cəsarəti həmişə üstün davranış olaraq göstərir. Onlardan biri çirkin cəsarət göstərdiyi zaman digərləri onu təqdir edir. Məktəbdə müəllimlərə və şagirdlərə qarşı hörmətsizlik edən, onları ələ salan, xoşagəlməz zarafatlar edən, qısası, onlara zərər verən biri çox vaxt dəstəklənir. Onunla eyni əxlaqda olanların hamısı onun çox cəsur olduğunu deyir və onu təqdir edirlər.Kübar cəmiyyətdə də eyni məntiq qüvvədədir. Din əleyhinə fəlsəfi nitqlər söyləyən, səviyyəsiz və mədəniyyətsiz üslubdan istifadə edənlər, hərəkətlərində həddi aşanlar, insanlara zülm edənlər, lağ edənlər, açıq-aşkar insanlara pislik edənlər haqqında “necə cəsurdur” deyə düşünülür. Geyimlərində Allahın bildirdiyi həddi aşanlar “cəsur və comərd” kimi tanınır. Halbuki bunlar nəinki cəsarət, əksinə çirkin utanmazlıqdır. Belə ki, şeytan öz tərəfdarlarına doğru yoldan uzaqlaşmağı da “cəsarət” kimi göstərir, onları özü ilə birlikdə əbədi əzaba aparır.Şeytanın bu cəhdlərindən və yönləndirdiyi çirkin həyatdan təsirlənməyən, onun vəsvəsələrinə aldanmayan insanlar isə ancaq iman edənlərdir. Allahın səmimi qulları üzərində şeytanın təsiri olmayacağı, nə etsə belə onları doğru yoldan ayıra bilməyəcəyi Quranın bir çox ayəsində xəbər verilmişdir:Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Əraf surəsi, 200-201)Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (Nəhl surəsi, 99-100)
 
 IslamaDoğru .Bizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!