Peyğəmbərimizin (s.a.v) əxlaqı

Peyğəmbərimizin (s.a.v) əxlaqı
Qadın və Din
10.09.2017 81
Peyğəmbərimizin (s.a.v) əxlaqı
 Bismillahir-rəhmanir-rəhim!
Ən gözəl əxlaqa sahib olub, yüzillər boyunca, dost və düşmən, hərkəsin üzərində birləşdiyi tək bir insan vardır:
Peyğəmbərimiz Hz. Məhəmməd sallALLAHu əleyhi vəsəlləm, yani qisaca (s.a.v)
O, yer üzündəki məqsədini, "gözəl əxlaqı tamamlamaq" olaraq ifadə edirdi. Onu ən son elçisi olaraq insanlığa göndərən Böyük ALLAH da, Peyğəmbərimiz də (s.a.v) bizim üçün "ən gözəl" örnəyin olduğundan xəbər verir.
Bizlər Peyğəmbər sallALLAHu əleyhi vəsəlləmin həyatını oxumaq, sünnəsinə uyğun gəlməklə, onun izlədiyi yolu izləməklə ALLAHa ibadət etmiş oluruq. Beləliklə, uca Rəbbimizin (c.c) o şərəfli Rəsulu (s.a.v) sevməmizi fərz edən əmrini yerinə yetirmiş olacağıq. Onu sevməmizin ən əhəmiyyətli əlamətlərindən biri də verdiyi əmrlərdə ona itaət etmək, qadağan etdiyi və yaxınlaşılmamasını istədiyi məqamlardan qaçmaqdır. 
Təhsilimizdə gözəl örnəklərin nə qədər önəmli olduğunu hamımız bilirik. Böyüklər öz yaşayışlarında nə qədər yaxşı örnək olurlarsa, kiçiklərin yaxşıya və gözələ yönəlməsi o qədər asand və rahat olur. Gözəl örnək olmaq və gözəl örnəkləri tanımaq, gəncliyində edəcəyi ən böyük xidmətlərdən biridir. Uşaqlarınızın və gənclərimizin örnək ala biləcəklıri ən mükəmməl insan Peyğəmbərimizdir (s.a.v).
Peyğəmbərimizin (s.a.v) əxlaqını rahatlıqla özümüzə örnək ala bilərik, təqlid edə bilir, əxlaqımızı gözəlləşdirə bilərik.
Peyğəmbərimizin (s.a.v) əxlaqını nə qədər öyrənərsək həyatda o qədər başarılı olar və mükəmmələ sahib ola bilərik.
Hər kəs ALLAHa və Peyğəmbərinə itaət edərsə, ALLAH onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs ALLAHa və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (ALLAH da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.(Nisa, 4/13-14)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!