Eşqim sən ol ALLAHım

Eşqim sən ol ALLAHım
Qadın və Din
10.09.2017 70
 

 
[b][/b]

 

Sənsən hər vaxt yanımda olan, dar zamanlarımda ürəyimin əks-sədalarını eşidən...
Sənsən qaranlıqlar ortasında bütöv ay kimi ürəyimə doğan...
Sən məndən cansan, Sən həyatıma mənasan...
Özüm Sənsən, təbəssüm etdiyimdə Sən mənim gülümsəməmsən...
Sən mənim ürəyimsən, məni həqiqi sevənsən...
Əllərimin, gözlərəmin, ürəyimin memarı...
Hər bir zərrəmin naxışlarında sənətindən bir əlamətəm...
Gözlərimə nurundan işıqlar verməsəydin, bu kainat cədvəlini görə bilməzdi gözlərim...
Gözlərimə ağlamaq nemətini verməsəydin dostluğundan bixəbər qalacaqdım...
Səttar adınla örtdün ayıblarımı, Təvvap adınla hər dəfə qəbul etdin tövbələrimi...
"Yenə Gəl" dedin, təkrar Sənə gəldim...
Vədud olan Sənsən, sevən Sənsən. Səndən başqa kimim var ki qapısına gedim? 
Eşqinlə əhatə et eşqindən məhrum qalmış ürəyimi...
Ey əllərimdən tutanım. Sənə qovuşmaq üçün çıxdığım bu sevdalı səfərdə, çuxurlar çıxarma qarşıma...
Ey fağır ürəyimin Rəhməti sonsuz sevgilisi! Məni Sənə sürünərək deyil qaçaraq gətir...
Uzatdım əllərimi, buraxa məni. Dayağım sahibim Sən ol...
Ayım-günəşim, gözyaşım-təbəssümüm Sən ol...
Eşqim Sən ol Allahım...
 


Redakte etdi: PRETTY_GİRL

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!