İbadətin Faydaları

İbadətin Faydaları
Qadın və Din
10.09.2017 14

 

Bədənimizin lazımlı qidalara ehtiyacı olduğu kimi ruhumuzun da qidaya ehtiyacı vardır. Ruhun qidası iman və ibadətlərdir. İbadət, ruhumuzu yüksəldər, bizi pisliklərdən çəkindirər, əxlaqımızı yetişkinləşdirər, ən qiymətli varlığımız olan imanımızı qoruyar. 
Həyatda insanın müxtəlif çətinliklərlə qarşılaşıb ümidsizliyə və böhrana düşdüyü zamanlar olar. Belə vəziyyətlərdə insan ibadətlə böhrandan xilas olar. Çünki insan ibadət sayəsində Allaha yaxınlaşar. ONun rəhmətinə sığınar və dincliyə qovuşar. İbadətlərin, ruhumuza olduğu kimi bədənimizə də bir çox faydası vardır.
Namaz qılan insan dəstəmaz almaq məcburiyyətindədir. Dəstəmaz almaq, gündə bir neçə dəfə təmizlənmək deməkdir. Təmizliyin isə sağlamlığımız üçün nə qədər faydalı olduğunu hamımız bilərik.
Namaz qılarkən edilən müəyyən hərəkətlərin, orucda həzm sistemi ilə bəzi orqanların istirahət etməsinin bədən sağlamlığına əhəmiyyətli faydalar təmin etdiyi bir gerçəkdir. Zəkat ibadətinin ictimai köməkləşmə cəhətdən cəmiyyətə qazandırdığı bir çox faydaları vardır.




 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!