Əməl Olunmalı Hikmətlər

Əməl Olunmalı Hikmətlər
Qadın və Din
10.09.2017 31



 1. Peyğəmbəri-Əkrəm (s.ə.v): "Nəfsin ölümü ilə qəlbin həyatı başlanır, qəlbin həyatı ilə müqavimətə (istiqamətli olmağa) yetişmək olur.”

2. İmam Əli (ə): "İnsanlar özləri kimi olanlara daha çox meyl göstərirlər.

3. İmam Əli (ə): "Həqiqətən, qəlblərin həm istəmək, həm də üz çevirmək kimi halətləri vardır, istəklər və meyllərin yolu ilə qəlblərin sorağına gedin; çünki əgər qəlbi hər hansı bir işə məcbur etsən, kor olar.”

[/center]
[center]4. İmam Əli (ə): "Hər kəs gümanını yaxşı etməzsə (bədbin olarsa), hər kəsdən vəhşət hissi keçirər.”

5. İmam Əli (ə):"İnsanlar bilmədikləri şeylərin düşmənləridir.”

6. İmam Əli (ə):"Gizli hislətləri və əxlaqları qaynayıb-qarışmaq , ünsiyyətdə olmaq aşkar edir.”

[/center]
[center]7. İmam Əli (ə):"İnsanlar ağaclar kimidir, onlar bir yerdən su içsələr də, müxtəlif meyvələr verirlər.”

8. İmam Sadiq (ə): "Yuxu cəsədin rahatlığı, danışmaq ruhun rahatlığı, sükut etmək isə əqlin rahatlığıdır.”

9. İmam Sadiq (ə):"Hər kəsin əxlaqı pis , özünə əziyyət və işgəncə verər.”

10. İmam Sadiq (ə):" Bir nəfər İmam Sadiq (ə)-dan soruşur: "Biri mənə "səni çox istəyirəm” – deyir, onun məhəbbətini necə aşkar edə bilərəm?” İmam buyurdu: "Öz qəlbini yoxla, əgər sən də onu sevirsənsə, bil ki, o da səni sevir.”





 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!