Əxlaqi incəlik

Əxlaqi incəlik
Qadın və Din
10.09.2017 28
 Imam Sadiq (ə) buyurur:
"İstəyirsinizmi sizin üçün ALLAHın təyin etdiyi ən ağır və vacib məsuliyyətin nədən ibarət olduğunu açıqlayım?"
Sonra imam (ə) üzünü səbəblərə tutub buyurur: "Camaatla insafla rəftar etmək və onların hüquqlarını qorumaq".
Nəql olunmuş başqa bir hədisdə deyilir:
İmam Baqirin (ə) səhabələri onları maraqlandıran bir neçə sualı məktuba yazaraq Əbdül Əla adlı bir şəxs ilə Mədinəyə göndərirlər. Bu suallarla yanaşı onun imam Sadiqdən (ə) şifahi olaraq müsəlmanın öz müsəlman qardaşının üzərinə nə kimi hüquqa malik olması haqda soruşmasını da xahiş edirlər. Əbdül Əla deyir: Məktubu imam Sadiqə (ə) verib ondan müsəlmanların bir-birlərinin üzərində hansı hüquqa malik olmaları haqda soruşdum.
İmam Sadiq (ə) sonuncu (şifahi) sualımdan başqa bütün suallarıma təmkinlə cavab verdi. Sonra buyurdu:
"ALLAHın insanların üzərinə qoyduğu ən ağır vəzifə bu üç şeydən ibarətdir:
   1. Ədalət və insafa riayət etmək. Belə ki, hər bir müsəlman öz müsəlman qardaşı ilə elə rəftar etməlidir ki, başqalarının da onunla eyni tərzdə etmələrini istəyir;
   2. Müsəlman qardaşının şəraitini nəzərə almalı və öz malını onlardan əsirgəməməlidir;
   3. Hər zaman ALLAHı xatırlamalı. Lakin bu heç də o demək deyildir ki, daim "subhalllah" və "əlhəmdülillah" deyərək zikr etməlidir. Xeyr. O, haramla qarşılaşdığı zaman ALLAHın onun gördüyü bütün işlərdən agah olduğunu yəqin edərək ondan uzaq olmağa çalışmalıdır".
Göründüyü kimi haqq-ədalətə, insafa rəayət etmək insanın üzərinə düşən ağır vəzifələrdən biri kimi göstərilir. Bunun üçün ilk növbədə insan öz nəfsi ilə mübarizə aparmalı və lazım gələrsə başqalarını özündən üstün tutmağı bacarmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!