Səbr

Səbr
Qadın və Din
10.09.2017 45
 
Dinimizdə səbr yerini hər birimizə az-çox məlumdur.Lakin bunu Müqəddəs kitabımız Qurani Kərimdən axtarsaq görərik ki, deyilir:

...Mələklər də hər bir qapıdan daxil olub:"Səbr etdiyinizə görə sizə Salam olsun!”..(ər Rad,23-24)
Səbr et.Səbr etdiyin ancaq Allahın köməyilədir...(ən-Nəhl,127)
...Yalnız səbr edənlərə saysız hesabsız mükafat veriləcəkdir.(əz-Zumər,10)
Peyğəmbərlərdən əzm sahiblərinin səbr etdiyi kimi sən də səbr et...(əl-Əhqaf,35)
Səbr edənlər və yaxşı işlər görən müstəsnadır.Məhz onları bağışlanma və böyük mükafat gözləyir.(Hud,11)
Ey iman gətirənlər!Səbr edin,dözün,hazır olu və Allahdan qorxun ki, bəlkə ,nicat tapasınız...(Ali-İmran,200)
Ruhdan düşməyin və qəmgin olmayın, əgər möminsinizsə hamıdan üstünsünüz.(Ali-İmran,139)
Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə,(bilsin ki)Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!(Yusuf,90)
Səbr etmək və namaz qılmaqla yardım diləyin.(Əl-Bəqərə,45)
Əlbəttə,Biz sizi bir az qorxu,bir az aclıq,bir az da mal,can və məhsul qıtlığı ilə imtahan edərik.Səbr edən şəxslərlə müjdə ver!O kəslər ki,başlarına bir müsibət gəldiyində: "BİZ ALLAHINIQ VƏ O-NA TƏRƏF QAYIDACAĞIQ!”deyirlər.Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir.Onlar doğru yolda olanlardır.(əl-Bəqərə,155-157)
Bəli,əgər səbr edib,(Allahdan)qorxsaniz onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.(Ali-İmran,125)
...Namaz qıl,yaxşı işlər görməyi əmr et,pis işləri qadağan elə...sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu vacib əməllərdəndir.(Loğman,17)
Neçə-neçə peyğəmbərlər bir yığın allahpərəstlərlə birlikdə vuruşmuşlar.Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik,nə acizlik göstərmiş, nə də boyun əymişlər.Allah səbr edənləri sevər!(Ali-İmran,146)
Əgər səbr edib özünüzü qorusanız(Allahdan qorxsanız),onların hiyləsi sizə heç bir zərər yetirməz...(Ali-İmran,120)
Dənizdə dağlar kimi üzən(gəmilər) də O-nun əlamələrindəndir.Əgər Allah istəsə ,küləyi saxlayar, onlar da (suyun)üzündə durub qalarlar.Həqiqətən,burda səbr,şükür edən hər bir kəs üçün ibrətlər vardır!(əş-Şura,32-33)
Səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onları əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik(əs-Səcdə,24)
Ələbəttə,hər kəs səbr edib bağışlasa,çox bəyənilən əməllərdəndir!(əş-Şura,43)
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gəlir!Həqiqətən hər, çətinlikdən sonra bir asanlıq gəlir!
Elə ki,azad oldun,qalx!Və ancaq Rəbbinə yalvar! (əl-İnşirah,5,8)
Sən öz Rəbbinin hökmlərinə səbr et!...(əl-Tur,48)
...Çünki,Allah səbr edənlərdəndir. (Əl-Ənfal-46)


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!