Hər Şeyi Xeyirə Yozmaq

Hər Şeyi Xeyirə Yozmaq
Qadın və Din
10.09.2017 20
 Hadisələri xeyr gözüylə qiymətləndirə bilməmək, davamlı narahatlıq içində və qorxu dolu olmaq, ümidsizlik, hüznlü və romantik bir quruluş, imanın ürəyə tam oturmamış olmasının əlamətlərindəndir. Möminin isə həyatı boyunca heç bir şeyə kədərlənib, pessimizmə qapılmaması, Quran əxlaqını doğru anladığının göstəricilərindəndir.


Hadisələri xeyirə yozmaq əslində cəmiyyətin böyük əksəriyyətinin adət etdiyi bir deyimdir. İnsanların bir çoxu gündəlik həyatlarında tez-tez "vardır bir xeyr" ya da "xeyrdir inşaallah" kimi sözləri istifadə edərlər. Ancaq bu istifadə ümumiyyətlə ya ağız vərdişindən ya da bu sözlərin xalq arasında ənənəviləşmiş olmasından qaynaqlanar. Yoxsa bu insanların böyük əksəriyyəti xeyirə yozmanın gerçək mənada nə ifadə etdiyinin və bu sözün bir deyimin savayı həyata keçirilə biləcək xüsusiyyətdə bir məna daşıya biləcəyinin şüurunda deyil.
Halbuki insanın yaxşı ya da pis, müsbət ya da mənfi kimi görünən bütün hadisələri hər nə olursa olsun mütləq xeyirə yozması, Allaha qarşı duyulan səmimi imandan və qədər gerçəyini bilməkdən qaynaqlanan gözəl bir əxlaq xüsusiyyətidir. Və bu gerçəyin fərqinə varmaq da insana dünyada və axirətdə böyük qazanc təmin edən, insanın həyatına dinclik və sağlamlıq gətirən bir mövzudur.
Allaha iman edən bir insan tərslik və ya səhv kimi görünən bir hadisə ilə qarşılaşdığında, əslində bunun özü üçün mütləq ən xeyirlisi olduğunu bilər. 
"Çatışmazlıq", "tərslik", "kaş ki" kimi sözləri isə qədərə olan inancından ötəri həyatından tamamilə çıxarmalıdır. "Bu hadisə hikmətli və xeyirli, lakin gələn dəfə eyni səhvi etməyim, bu an öyrəndiyim şəkildə doğrusunu edim" bir dünyagörüşü içində olmalıdır. Təkrar eyni çətinliklə qarşılaşsa və ya eyni səhvə yol versə, yenə xeyr və hikmətlə yaradıldığını ağılından əsla çıxarmamalı və "gələn dəfə doğrusunu edim" deyə təkrar niyyət etməlidir. Hətta eyni hadisə dəfələrlə təkrarlansa da yenə Müsəlman üçün bunun xeyrli olduğunu bilməlidir.
Redakte etdi: PRETTY_GİRL






 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!