Qeybət Qırmayaq!

Qeybət Qırmayaq!
Qadın və Din
10.09.2017 29
 






«Bir-birinizin qeybətini qırmayın! Sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı? Bu onda ikrah oyadar. Allahdan qorxun. Allah tövbələri qəbul edən və mehribandır.» (Hucərat surəsi, ayə 12)




Allahın Peyğəmbəri (s.a.a.):«Merac gecəsi öz üzlərini dırnaqları ilə cı¬ran bir dəstə camaat gördüm. Soruşdum: «Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi: «Bunlar camaatın qeybətini edən və abırlarını tökənlərdir.»Allahın Peyğəmbəri (s.a.a.): «Qeybət etmək zinadan daha pisdir.» Ərz etdilər: «Necə?» Buyurdu: «Kişi zina edir, sonra tövbə edir və Allah onun tövbəsini qəbul edir. Ancaq qeybət edən, qeybətini etdiyi şəxs tərəfindən bağışlanmayana qədər bağışlanmaz.»






İmam Əli (a.s.): «Qeybət etmək aciz insanın işidi






İmam Hüseyn (a.s.) (Onun yanında bir kişinin qeybətini edən kimsəyə): «Ey kişi! Qeybətdən əl çək. Çünki qeybət cəhənnəm itlərinin yalıdır.






İmam Sadiq (a.s.): «Qeybət etmə ki, səndən qeybət olunar. Qardaşın üçün quyu qazma ki, özün ona düşərsən. Çünki hansı əllə versən, həmin əllə də geri alarsan.»




Əziz müsəlmanlar bu yeni "Söz verək - Əməl edək" bölməsini düzəltməkdə niyyətimiz budur ki, insanlara "Əmr Bə Məruf və Nəhyəz Münkər" (Yaxşılığa dəvət və pislikdən çəkindirmək) eləyək. Və bu niyyətlə ilk mövzumuz olan "yalan" mövzusunu seçdik və cəmisi "5" insanın söz verməyi ilə mövzu hələ də davam edir. Yeni olan mövzuya da söz verə bilərsiniz və köhnə mövzuya da.




Bu dəfə gəlin "qeybət eləməməyə" söz verək və sözümüzə əməl edək. Əgər kim "qeybət eləməməyə" söz verirsə şərhdə "söz verdim" və mötərizədə nəyə söz verdiyini yazsın. Misal: Söz verdim (qeybət eləməməyə). Allah yardımçımız olsun. AMİN

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!