Dində hədiyyə vermək

Dində hədiyyə vermək
Qadın və Din
10.09.2017 54


 
Muhəmməd (s) peyğəmbər (s) buyurur: "Bir-birinizə hədiyyə verin ki, qəlbləriniz bir-birinə qarşı məhəbbətli olsun. Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə kin-küdurəti aradan götürür".
Muhəmməd (s) peyğmbər digər hədisdə isə belə buyurur: «Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənçiliyi aradan götürür. Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz.»
Allahın Peyğəmbəri (s): «Hədiyyə vermək məhəbbət gətirir, qardaşlığı qoruyur, kin və düşmənçiliyi aradan götürür. Bir-birinizə hədiyyə verin ki, bir-birinizi sevəsiniz.»(səhih-Buxari, hədis 6753 )
»Kənzul-Ummal»: Yoxsul bir qadın Ayişəyə hədiyyə gətirdi. Amma Ayişə ona canı yandığı və yazığı gəldiyi üçün hədiyyəni qəbul etmədi. Allahın Peyğəmbəri (s) ona buyurdu: «Nə üçün onu qəbul etmədin və əvəzində ona hədiyyə vermədin ki, onu təhqir etdiyini fikirləşməsin? Ey Ayişə, təvazökar ol! Çünki Allah təvazökarları sevir və təkəbbürlülərə nifrət edir.»(Tənbihul-Xəvatir, c.1, səh.272 )
İmam Əli (ə) belə buyurur: "Mənim üçün, müsəlman qardaşıma onun işinə yarayan bir hədiyyə vermək, həmin şeyin mislini sədəqə verməkdən daha xoşdur".
Dövlət məmurlarına hədiyyə etmək haramdır - Muhəmməd (s) peyğəmbər (s) bu haqda buyurur: "Məmurlara verilən bütün hədiyyələr haramdır"



Redakte etdi: PRETTY_GIRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!