Səbr və dözüm

Səbr və dözüm
Qadın və Din
10.09.2017 141
Əxlaq alimlərinin buyuruqlarında səbr və dözüm üç hissəyə bölünür:
1. Günahlar müqabilində səbr.
2. İtaətdə səbr.
3. Bəlaların və zəmanənin acı hadisələri müqabilində səbr.
Əgər bunların hər üçü birlikdə olsa, insan ən çətin hadisələrlə belə üzləşsə də hər cür iztirab və nigarançılığı özündən uzaqlaşdırar, təskinlik tapa bilər. Birinci səbr, "cihade əkbər” (ən böyük cihad) kimi təbir olunur və digər səbrlərin bünövrəsi sayılır. Ötən fəsildə qeyd olunduğu kimi "Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman "Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” – deyirlər”.
Bu ayə Həzrət Əlinin (ə) buyurduğu kimi iki mətləbi bəyan edir:
1. Bizim hamımız Allahdanıq və bunu etiraf edirik.
2. Etiraf edirik ki, biz Allaha tərəf qayıdacağıq. (Nəhcül-bəlağə, 99-cu hikmət)
Yəni Allah qarşısında öz bəndəlik və təslim olmağımız gərək unudulmasın. Biz Allahın müqabilində bir şey deyilik. O hər nə istəsə, biz də onu bəyənməliyik.
SƏBR VƏ DÖZÜMÜN TƏSİRLƏRİ:
Rəvayətlərdə səbr və dözümün dəyəri və mühüm təsirləri barəsində çoxlu sözlər deyilir. Biz burada onların içindən Əmirəl-möminin Əlinin (ə) səbr və dözüm barəsindəki çox ali bir bəyanını təqdim edirik: "Sizə səbrli olmağı tövsiyə edirəm. Çünki, baş bədənə lazım olduğu kimi, səbr də imana lazımdır. Başsız bədənin xeyiri olmadığı kimi, səbrsiz imanın da xeyiri yoxdur”. (Nəhcül-bəlağə, 82-ci hikmət)
Həzrət Əli (ə) bu dərin mənalı müqayisəsində səbr və dözümün ali təsvirini başın bədənə lazımlılığı ilə eyniləşdirir. Qulaq, göz, beyin, iyləmə və dadma orqanlarının hamısı başda yerləşir. Səbr və dözüm də həmçinin belə bir funksiyaya malikdir. Səbirin sayəsində yaxşı görmək, eşitmək, hiss etmək və dərk etmək olar ki, biz kimik, hara gedirik və indi nə etməliyik?
Bu fəsili İmam Əlinin (ə) digər bir dərin mənalı sözü ilə sona çatdırırıq. Həzrət (ə) buyurur: "Fitnə və imtahan dəryalarının nəhəng dağ kimi dalğalarını nicat gəmisi ilə yarıb irəli gedin”. (Nəhcül-bəlağə, 5-ci xütbə)
Bu gəmi namazdan, duadan, təvəkküldən (ümid etməkdən), birlikdən, doğru–düzgün rəhbərə itaət etməkdən, dözümdən, həmişə şəhidliyə hazır olmaqdan, haqq qarşısında razı və təslim olmaqdan, şükür etməkdən, agahlıqdan və s. ibarətdir. Qısa bir cümlə ilə desək, müsibət və giriftarçılıq dəryasının nəhəng dağ kimi dalğalarını kamil iman gəmisi ilə yarıb irəli gedin.Şairlərin padşahı deyir:
Mıxın sıxıntısı, sarsılmazlığı
Faydalıdır ibrət götürsə bəşər.
Yağdıqca başına ağır zərbələr
O da göstərəsi daha çox əsər.
Xüsusilə dua etməyi yaddan çıxartmayaq ki, bu çox təsirlidir. İmam Sadiq (ə) buyurur: "Atam İmam Baqirə (ə) hər zaman ruzigarın hüzünlü hadisələri üz versəydi, qadın və uşaqlarını toplayıb birlikdə dua edərdilər. Sonra o hadisələr və qəm-qüssələr aradan gedərdi”. (Səfinətül-bihar, 1-ci cild, səh.447)



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!