Cümə günümüz mübarək olsun!

Cümə günümüz mübarək olsun!
Qadın və Din
10.09.2017 34
 



 "Allahım! Sən ki dua edən hər birbəndənə cavab verirsən, icabətinlə sevindir bizi."
"Ya Rəbbim, haqqı haqq, batili batil bilənlərdən et bizi."
"Ya Rəbbim, hər kəsə hər an səbəbsiz ikram edərkən kərəminlə doyur bizi."
"Ya Rəbbim, sənin yolunda axıtdığımız göz yaşlarmızı tövbəmiz et bizə."
"Ya Rəbbim, hər şeyi bilən Sənsən, bilmədiyimizi bilənlərdən et bizi."
"Ya Rəbbim, Sən hər şeydən böyüksən, böyüklüyünü bilməklə genişləndir fikrimizi."

"Ya Rəbbim, Sən ən mərhəmətlilərin mərhəmətlisisən, bağışla günahlarımızı."
"Ya Rəbbim, qüsurlarımızı örtərək tək Sənə möhtac et bizi."
"Ya Rəbbim, nəfsimizə zülm etməkdən qoru bizi."
"Ya Rəbbim, savabla mükafatlandır yaxşılıqlarımızı, gözəlləşdir niyyətlərimizi."

Cümə günümüz mübarək olsun!


"Ya Rəbbim, hikmət və lütfünlə haqqı batildən ayırandan et bizi."
"Ya Rəbbim, gerçək həyatı ver bizə, xeyirli ömür yaşat hər birimizə."

"Ya Rəbbim, imanımızı sarsılmaqdan qoru, pisliklərdən qoru qəlbimizi."
"Ya Rəbbim, hər şeyi bağışlayansan, kin-küdurətdən uzaq et ürəyimizi."
"Ya Rəbbim, doğru yola gedənlərdən, Səni ananlardan et bizi."
"Ya Rəbbim, qüsur və nöqsanlarımızı örtən Sənsən, qüsurlarımıza görə heç utandırma bizi."
"Ya Rəbbim, hər an səbr edənlərdən, pisliyə qarşılıq olaraq yaxşılıq edənlərdən et bizi."
"Ya Rəbbim, harada olarsaq olaq, Sənə yaxın olanlardan et bizi."

Dua dilimizin söylədiyi ən gözəl sözdür, hər çətinliyimizdə bizə bir ümiddir, qəlblərimizi nurlandıran bir işıqdır. 
Allah dua və ibadətlərimizi qəbul etsin inşAllah! Amin!
Xeyirli Cümələr!!!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!