Nurlu Kəlamlar

Nurlu Kəlamlar
Qadın və Din
10.09.2017 15
* ALLAHdan (cəllə cəlaluhu) istəyərkən ALLAHı (əzzə və cəllə) istəməli!

* Qulluq vəzifəsini dərk edən insanın vəzifəsi Yaradan qarşısında (sıfır) olmaqdır.

Öz heçliyini dərk etməyən insan Sonsuz ALLAHA qovuşa bilməz.

* Orada (axirətdə) sirat körpüsünü burada siratimüstaqimdə (doğru yolda) olanlar rahat keçəcək.

* Cənnət ALLAHın insanlara sevgisinin təzahürüdür.

* Ən öldürücü virus insanın özündən razı olmasıdır. "Əminəm”deyən şəxs öz etibar

dünyasını yıxmış sayılır. Axirətindən narahat olmayanın aqibəti qorxuludur.

* Dünya imtahanın sonunda qazanılacaq və ya itiriləcək şeylər o qədər böyükdür ki,

belə bir aqibətlə üzləşən ağıllı insanların səfeh həyat tərzi keçirməsi qeyri mümkündür.

* Bir möminin insanların hidayətə çatması üçün çəkdiyi iztirab onun ALLAHa və axirət gününə olan iman səviyyəsindəndir. Kimin nə qədər inancı varsa, o qədər də iztirabı vardır.

* Zehni bulandıran, çirkləndirən səbəblərdən biri də daim başqalarının

hərəkət və davranışları ilə məşğul olmaqdır.

Paxıllıq bəzən düşmənlərdən çox zərər verər. Bir çox düşmənçiliyin kökündə elə bu duyğular yatmırmı?

* Gələcək vəd verməyənlərə gələcək əmanət etmək olmaz.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!