Dini hekayə

Dini hekayə
Qadın və Din
10.09.2017 27

  Saleh bir şəxsin al-ver edən bir qonşusu, işdən evə gəlincə çilingir süfrəsini quraraq hər gecə səs-küy edər. Saleh şəxs, qonşunun səs-küyündən narahat olduğu üçün, başqa evə daşınar, bir neçə gün sonra da bu qonşunun vəfat etməsi üzərinə təkrar köhnə evə daşınar. 

Bir gün qapı çalınır, qapını açıb baxar ki, boyu səmaya qədər uzanan bir adam. Nə istədiyini soruşduqda adam deyir ki:
-Beli al mənimlə gəl!
-Sən kimsən, məni hara aparacaqsan, mənə nə edəcəksən?
-Sus, beli al mənimlə gəl!
Beli götürür birlikdə gedirlər, məzarlığa gəlirlər. Bir məzarı göstərərək, buranı qaz deyər. Mübarək şəxs göstərilən məzarı qazar, dayan deyər, bir kərpic çıxarmasını söyləyər və bir kərpic çıxarar, kərpici çıxardığın dəlikdən məzarın içinə bax deyər, baxar ki, qonşusu Cənnətdə və üstəlik taxtda oturur, taxtı da var.
Mübarək şəxs çaşar, bu mənim vəfat edən qonşum deyər. Bu necə olar? Yaxşı, mən harada səhv etdim? deyər.
O şəxs də deyər ki:
-Vəfat edən qonşun hər günahı edərdi, lakin, namazını heç buraxmazdı və namazın arxasından belə dua edərdi:
Ya Rəbbi bilirəm günahım çox, lakin, Peyğəmbər əfəndimizi, Əhli-i-beytini, aralarındakı döyüşlər nə səbəblə olursa olsun, Əshabi Kiramı və onların yolunda olanları sevirəm, onların xatirinə bağışla, mənə Cənnətini ehsan et deyə dua edərdi. Namazlarını və bu duanı heç buraxmazdı. Bu xüsusiyyəti onun qurtulmasına səbəb oldu.


Redakte etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!