++++++++++++++++++++Salavatın Deyilmə Qaydası

++++++++++++++++++++Salavatın Deyilmə Qaydası
Qadın və Din
10.09.2017 15
Dəstəmazda salavat



Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: 

Ya Əli! Dəstəmaz almaq istəyən vaxtda de: 

"Bismillahi vəssəlamu əla Rəsulillah.” 

– Təharətlə xətm 

Salavatı xətm etmək istəyən şəxs gərək təharətlə üzü qibləyə və kamil diqqətlə aşağıdakı xətmləri yerinə yetirsin: 

1-ci xətm: 786 dəfə "Bismillahir-rəhmanir-rəhim deyib sonra 132 dəfə salavat göndərsin.” 

2-ci xətm: İzzət tapmaq üçün hər gündə 10 dəfə salavat göndərməklə davam etsin. 

– Ucadan salavat deməyin sirri 

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurdu: 

"Mənə salavat göndərən vaxtda səsinizi qaldırın, çünki bu iş nifaqı aradan qaldırır.” 



Kamil salavat 



– Ali-Muhəmmədin (əleyhimus-səlam) zikri 

Əziz İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi) buyurdu: 

"Mənə naqis salavat göndərməyin!.” 

Soruşdular: Naqis salavat necədir (hansıdır)? 

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Naqis salavat budur ki, "Allahummə səlli əla Muhəmməd” və ardını davam etməməyinizdir. Əksinə gərək deyəsiniz: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.” 



Naqis salavat 



Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: 

"Naqis salavatı (Ali Muhəmmədi zikr etmədən) mənim üçün dilinizə gətirməyin; əksinə mənim Əhli-Beytimə də salavat göndərin və salavat zamanı onları nəzərinizdən qaçırmayın; Çünki mənim nəsəbimdən (nəslimdən) başqa bütün nəsəblər qiyamət günü kəsilər.” 



Yığcam salavat



Əmmar Sabati deyir: 



"Mən İmam Sadiq (əleyhis-səlam)-ın yanında idim, bir kişi dedi: "Allahummə səlli əla Muhəmməd və əhli-beyti Muhəmmədin” İmam (əleyhis-səlam) ona buyurdu: "Ey kişi! Dairəni bizə təng tutdun, bilmirsənmi ki, əhli-beyt həmin kəsa-əhli beş nəfərdirlər və bəs?!.” 

Kişi soruşdu: Necə deyim? 

Buyurdu: "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin” de ki, biz və bizim şiələr də daxil olaq.” 

– Behişt iyindən məhrum olmaq 

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: 

"Bir nəfər mənə salavat göndərsə, lakin mənim əhli-beytimə salavat göndərməsə, behiştin qoxusunu hiss etməyəcəkdir.” 



Salavat göndərməyin qaydası 



Əziz islam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu: 

"Mənə naqis salavat göndərməyin, əksinə mənə salavat göndərən zaman mənim əhli-beytimə də salavat göndərin və onları salavat zamanı nəzərinizdən qaçırmayın, çünki qiyamət günü mənim nəsəbimdən başqa bütün nəsəblər kəsiləcək.” 

– Salavatda "Ali”ni (ali Muhəmmədi) zikr etməmək barədə xəbərdarlıq 

Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu: 

"Bir nəfər mənə salavat göndərsə və mənim "əhli-beytimə” salavat göndərməsə, behişt iyindən məhrum qalacaqdır.”



Redakte etdi: PRETTY_GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!