Allah Qorxusu Dünyəvi Qorxulardan Fərqlidir

Allah Qorxusu Dünyəvi Qorxulardan Fərqlidir
Qadın və Din
10.09.2017 48




Allah qorxusu, ALLAHa könüldən bağlı olan insanın hiss etdiyi qorxudur. Bu, ALLAHın razılığından məhrum qalmaqdan qorxmaqdır... Eynilə sevdiyinin qəlbini qırmaqdan, onun sevgisinin yox olmasından çəkinən aşiq insan kimi. ALLAH qorxusu buna bənzər, ancaq çox daha güclüdür. ALLAHdan qorxan insan Onun buyruqlarına uyğun gəlməkdə daha diqqətli davranar, ən çox Onu sevər və hörmət edər. Eqoist olmaz, mərhəmətli, qoruyucu və bağışlayıcı olar.

ALLAHdan qorxmayan insan, öz mənfəətlərini düşünər; mənfəətləriylə zidd düşdüyündə qarşısındakını incidə bilər. Fədakarl və cəsur deyil; səmimi mömin kimi lazım olduğunda ALLAH üçün canını ortaya qoya bilməz.



ALLAH qorxusu gözəllikləri gətirər; sevgini, gözəlliyi təmin edən hər xüsusiyyət ALLAH qorxusuyla qazanılar. ALLAH qorxusunu içində daşıyan insan, səhv etdiyində vicdanı çox narahat olar; ALLAHa sığınar, səhvini düzəltməyə çalışar. Acizliyini və ALLAHa nə cür möhtac olduğunu dərindən qavrayar.



ALLAH qorxusu dünyəvi qorxulara oxşamaz; ‘içi titrəyərək hörmət etmək' mənasında bir qorxudur. Bu qorxu, dünyadakı imtahan mühitində insanın ən vacib köməkçisidir. Çünki ALLAH qorxusu insanın hər an şeytana və öz nəfsinin eqoist istək və ehtiraslarına qarşı diqqətli olmasını təmin edər. Bu qorxu insana acizliyini və qulluğunu xatırladar. Dünyəvi qorxular insanı tələsdirərk, doğru qərar almağına mane olar. Halbuki ALLAH qorxusu, ALLAHın diləməsiylə möminlərə ‘doğrunu səhvdən ayıran bir anlayış' verər.



Mömin, ALLAHın razılığını, rəhmətini və cənnətini itirməkdən qorxar. ALLAHın sevgisini itirəcək pisliklərdən, ALLAH qorxusu sayəsində çəkinilər. Məsələn bir ayədə, "ALLAH, hər böyüklük göstərib lovğalananı sevməz" (Nisa Surəsi, ayə 36). ALLAH qorxusu olan insan, böyüklük göstərib lovğalanmaqdan şiddətlə qaçınaraq ALLAHın sevgisini qazanacağını ümid etdiyi bir hərəkət etmiş olar. Buna görə ALLAH qorxusu və ALLAH sevgisi bir yerdə yaşanar.

Çalışqanlıq, düzgünlük kimi əxlaq xüsusiyyətləri bu qorxuyla qazanılar. İnsan ALLAHdan qorxmursa mənfəəti üçün çox rahat yalan danışa bilər. Doğruluğun kökündə ALLAH qorxusu vardır. ALLAH qorxusunu içində gəzdirən insan, düz söz danışar; düz şahidlik edər. Çünki Rəbbinin, içində gizli olanları bildiyini dərk edir.

Bəzi insanlar, "mən ALLAHı sevirəm, qorxmağıma ehtiyac yoxdur" deyərlər. Çox üstün, çox güclü, və çox uca və bu cür üstün Varlıq olan Rəbbimizi sevərkən, Ondan qorxmamağın səbəbi nədi? Ki Rəbbi "Məndən qorxun" buyurar...



Lazımınca iman etməyən insanlar cəhənnəmdə bir müddət qalıb, sonra bağışlanacaqlarını düşünərlər. Özlərini cənnətə layiq görər; ALLAH sevgisinin kafi olduğunu, əzab görəcəklərin yalnız çox azğın kəslər olacağını düşünürlər. Bu səbəblərlə ALLAH qorxusunu içlərində daşımazlar; qürurlu və özünü kafi görən bir əxlaqa sahibdirlər. ALLAHdan qorxmadıqları üçün, şeytan və nəfslərinin pisliklərindən də çəkinə bilməzlər.



ALLAH qorxusunu içlərində daşımayan insanların, onlarla fərqli qorxuları var. Bu qədər çox sayda qorxuyla yaşayıb, yalnız ALLAHdan qorxmazlar. Müdüründən, atasından, yoldaşından qorxan bu insanlar, qiyamət günü ALLAHın hüzurunda tək-tənha sorğulanmaqdan qorxmazlar. Halbuki ALLAHın gücü, mövqesi və əzabı qarşısında dünyadaykən hiss edəcəkləri qorxu, ALLAHın icazəsiylə həm imanlarına, həm də dünya və sonsuz axirət xoşbəxtliyinə səbəb olacaq...



Redakte etdi:
PRETTY_GIRL




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!