+++++++++++++++++++++++Gözəl və Hikmətli Sözlər

+++++++++++++++++++++++Gözəl və Hikmətli Sözlər
Qadın və Din
10.09.2017 63
Nə kimsə səndən incisin, nə sən bir kimsədən inci.



- Mömin, xalqdan gələn çətinliklərə dözər. Lakin heç bir adam ondan çətinlik görməz.



- Kömək et ki kömək görəsən.



- Ən faydalı xəzinə ürəklərdəki sevgidir. Yumşaqlıq və təvazökaarlıq, arzulanan və sevilən iki gözəl xüsusiyyətdir.



- Gözəl xasiyyət insana ən qiymətli yoldaşdır.



****



- İxtilaf ayrılığa, israf yoxsulluğu səbəbdir.



- Başqasının ayıbını axtaranın öz ayıbı meydana çıxar.



- İnsan bir şəhər kimidir. Bu şəhərin dörd qapısı vardır: Göz, qulaq, dil, əl. Yaxşı pis hər şey bu qapılardan keçər. Bəzi şeylər gözdən girər əldən çıxar. Kimi qulaqdan girər dildən çıxar. Çünki gözün gördüyünü əl işlər,qulaq eşidər, dil söyləyər.



- Elm üçün getmək ayaqların xeyiridir. Elm səni dünya və axirət, 

bəlalardan saxlayar.



- Kiçiklikdə ədəb öyrən, böyüyüncə fayda görərsən.



****

- Özünü bəyənmək ağılın fəlakətidir, öz ayıbını bilməyən ən pis adamdır.



- Bir kimsənin sözü doğru isə məlumatı da faydalı olar.



- Cahil ilə bal yeməkdənsə alim ilə daş daşımaq daha yaxşıdır.

- Bacarmaq üçün yaxşı niyyətli, məlumatlı və səbirli olmaq; öz qüsurlarını düzəltmək, hər şeyi ətraflıca düşünmək və xalqla yaxşı dolanmaq şərtdir.



- İnsanoğlunun ən gözəl sərmayəsi sahib olduğu ədəb və tərbiyəsidir.



- Könül aynasını pis əxlaqdan təmizləyən, ruhunu gözəl xüsusiyyətlərlə bəzəyən adam xoşbəxtliyə qovuşmuş olar. İnsan, yetkinləşməsi üçün; məlumat, yumşaqlıq, utanma, comərdlik, təqva, cəsarət, ədalət, səbir, düzgünlük kimi gözəl xüsusiyyətlərə sahib olmalıdır.




Redakte etdi: PRETTY_GIRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!