+++++++++++++++++++++++++Hz.Əlinin Kəlamları

+++++++++++++++++++++++++Hz.Əlinin Kəlamları
Qadın və Din
10.09.2017 29
1.Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də istəməyəsən.



* * * * *

2. Bilmədiyin şeyi danışma, hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə 

bir hökmü vacib edib ki, qiyamət günü onlar ilə sənə dəlil gətirəcək.



* * * * *

3. Qeybəti dinləyən elə qeybət edən kimidir.



* * * * *

4. Çətinlikdə də asanlıqda da Allahdan razı ol.



* * * * *

5. Qəribədir: başqalarının dövlətinə, vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər.



* * * * *

6. Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən.



* * * * *

7. Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar.



* * * * *

8. Sübh tezdən oyanmaq bədənin möhkəmliyi və Allahın razılığına səbəbdir.



* * * * *

9. Pis xəbəri heç kimə çatdırma.



* * * * *

10. Xeyir işini təxirə salma.



* * * * *

11. Öz qədrini bilən adama ölüm qorxulu deyil.



* * * * *

12. Əmanəti sahibinə qaytar əgər o iynə və sap da olsa.



* * * * *

13. Sənin yaxşı qardaşın o adamdır ki, haqq naminə sənə çox acıqlana, pis işlərdən də səni çəkindirə.







14. O qədər olub ki 1-saatın xoşluğu illər uzunu dərdi qəmə səbəb olub.



* * * * *

15. Az danışanın xətası da az olar.



* * * * *

16. Pislik edənə yaxşılıq etməklə əziyyət ver.



* * * * *

17. Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər.



* * * * *

18. Haqdan uzaqlaşanın ömrü qısalar.



* * * * *

19. Bir suala bir neçə cavab vermək həqiqəti itirər.



* * * * *

20. Allaha görə görülən əməllərin gözəlliyi, onun gizli olmasındadır.



* * * * *

21. Hər kəs "Bilmirəm”sözünü tərk etsə rüsvay və həlak olar.



* * * * *

22. Haqqında yaxşı gümanda olanın zənnini doğrult.



* * * * *

23. İnsanlar övladın öldürülməsinə səbr edirlər, malın-dövlətin əldən çıxmasına dözmürlər.



* * * * *

24. Hər kəsin yeməyi az olsa, xəstəliyi də az olar.



* * * * *

25. Aramlıqla ruzi tapmayan , əsəbliklə heç tapmaz.



* * * * *

26. İnsanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülər.





Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!