++++++++++++++++++++++İslamda Sakitlik Anlayışı

++++++++++++++++++++++İslamda Sakitlik Anlayışı
Qadın və Din
10.09.2017 21
Bismillahir Rəhmanir Rəhim



Sakitlik

Allahın Peyğəmbəri (s) (Əbuzərə nəsihətdən): "Dörd şey var ki, mömindən başqa heç kimin ona əli çatmaz:İbadətin başlanğıcı olan sakitlik..."

İmam Əli (ə): "Sakitlik fərasətin əlaməti və ağlın meyvəsidir."

İmam Əli (ə) (möminin vəsfində): "Sakit qalmağı çoxdur və vaxtı tamamilə (Allah və axirət işlərinə, düşüncələrinə) sərf olar."



Sakitliyin səmərələri

Allahın Peyğəmbəri (s): "Çox sakit olmağı sənə tövsiyyə edirəm.Çünki bu şeytanın qovulmasının səbəbi və din işlərində sənin yavərindir."

İmam Əli (ə): "Daim sakitliyi seç ki, onun ən az faydası salamat qalmağındır."

İmam Əli (ə): "Sakitlik təfəkkürün bostanıdır."

İmam Həsən (ə): "Sakit insan çox heybətlidir."

İmam Həsən (ə): "Hərçənd gözəl natiq olsan da, bir çox yerlərdə susmaq necə də yaxşı köməkçidir."

İmam Rza (ə): "Sakitlik hikmət qapılarından biridir. Sakitlik məhəbbət gətirər, sakitlik insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər.



Bəyənilmiş sakitlik

İmam Əli (ə): "Dili hikmətin üzünə bağlamaqda bir xeyir yoxdur. Həmçinin nadanlıqla söz danışmağın da bir xeyri yoxdur.

İmam Əli (ə) Təqvalının əlamətlərini bəyan edərkən): "Sakit olmağı seçsə, sakitliyi onu qəmgin etməz və gülsə səsini ucaltmaz."


Redakte etdi: PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!