Namaz

Namaz
Qadın və Din
10.09.2017 23
Namaz insanın mənəvi seyri-süluku, yüksəlişi və Allah dərgahına yaxınlaşmasında ən yaxşı amildir. İmam Riza (ə) buyurur: "Namaz hər pərhizkar və təqvalı insanın Allah dərgahına yaxınlaşma vasitəsidir."

Müaviyə ibni Vəhəb İmam Cəfər Sadiqdən (ə) soruşdu: "Bəndələri Allah dərgahına yaxınlaşdıran və Allah tərəfindən sevilən əməllərin ən yaxşısı hansıdır?"

İmam (ə) Allahı tanıdıqdan sonra namazdan yaxşı bir şey tanımıram. Görmədinmi ki, Allahın saleh bəndəsi Həzrət İsa (ə) belə buyurur: "Allah məni, diri olduğum vaxta qədər namaza və zəkata tövsiyə etdi." 

İmam Cəfər Sadiq (ə) yenə buyurur: "Allah yanında ən sevimli əməl namazdır. Namaz peyğəmbərlərin son vəsiyyətidir. Nə yaxşı olar ki, insan qüsul etsin, yaxud kamil dəstəmaz alsın, sonra bir kəsin görmədiyi bir guşəyə getsin, rüku və səcdələrinə nəzarət (diqqət) etsin. Bəndə səcdəyə gedib səcdəsini uzadan zaman şeytan fəryad edərək deyir: "Vay olsun mənə! Bu bəndə Allaha itaət etdi, mən isə Ona qarşı çıxdım. O, səcdə etdi, mən isə imtina etdim!"

İmam Riza (ə) buyurur: "Bəndənin Allaha ən çox yaxın olduğu zaman səcdə halında olan vaxtıdır. Çünki Mütəal Allah buyurur: «Vəscud vəqtərib.» Yəni, səcdə et və (ilahi dərgaha) yaxınlaş."

İmam Cəfər Sadiq (ə) yenə buyurur: "İnsan namaza dayanan vaxt Allahın rəhməti asimandan ona nazil olur, mələklər onu (hər tərəfdən) əhatəyə alır və bir mələk belə deyir: «Əgər namaz qılan bu şəxs namazın dəyərini bilsəydi, heç vaxt namaz halından çıxmazdı.»"

Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Mömin bəndə namaza başlayıb onu qurtarana qədər Allah ona nəzər edir, Allahın rəhməti asimandan (nazil olub) onu əhatə edir və mələklər onun ətrafını tutur. Allah ona bir mələyi təyin edir ki, belə desin: "Ey namaz qılan, əgər kimin diqqət mərkəzində olduğunu, kiminlə münacat etdiyini bilsəydin, (Ondan) başqa bir kəsə diqqət yetirməz, bu vəziyyətdən heç vaxt çıxmazdın!"



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!